Rektor “Yeni Üfüq”çü tələbəsini qəbul etdi

Şah İsmayıl Xətai portreti Elvin Süleymanov tərəfindən Qafqaz universitetin rektoruna təqdim edilib
Bu gün Qafqaz Universitetin rektoru, prof. Ahmet Saniç, “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Gənclər şöbəsinin təmsilçisi, Qafqaz Universitetinin tələbəsi  Elvin Süleymanovu qəbul edib. Universitetin Rektoru Ahmet Saniç, Elvin Süleymanovun “Ağ-Qara Dünyam” adlı rəsm sərgisində iştirak etdiyini bildirib və bu sərgidə nümayiş olunan əsərlərdən çox təsirləndiyini qeyd edib.  O, sərgidə Elvin Süleymanovun  nümayiş olunan əsərlərində Azərbaycanın milli-mənəvi dəyərlərini özündə əks etdirən gözəl yaradıcılıq işlərinin olduğunu söyləyib. Universitet rektoru Elvin Süleymanova təhsilində və yaradıcılığında uğurlar diləyərək, onun,  gələcəkdə daha böyük uğurlara imza atacağına inandığını diqqətə çatdırıb. Sərgidə Qafqaz Universitetinin rektoru, prof. Ahmet Saniçin bəyəndiyi Şah İsmayıl Xətai portreti Elvin Süleymanov tərəfindən universitetin rektoruna təqdim edilib.


http://yeniufuq.org/new/Sosial/1908-Rektor_%E2%80%9Cyeni_ufuq%E2%80%9Dchu_telebesini_qebul_etdi#sthash.wqz78Ks1.dpuf

Şahxanım Bəşirqızı

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF