Bəxtiyar Vahabzadənin anım günü keçirilib

Bəxtiyar Vahabzadənin anım günü keçirilib

Şəki icra hakimiyyəti və Türk Qafqaz Universitetinin təşkilatçılığı ilə şair Bəxtiyar Vahabzadənin anım günü münasibətilə keçirilən tədbir Şəki Musiqi Kollecində baş tutub. 

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, tədbirə Türk Qafqaz Universitetinin rektoru, icra başçısının müavini Zərinə Cavadova iştirak edib. Tədbirdə qeyd olunub ki, B.Vahabzadənin müasir Azərbaycan poeziyasının inkişafındakı xidmətləri çox böyük olub. 
Böyük ədib, mahir pedaqoq, görkəmli ictimai xadim B.Vahabzadə Azərbaycan Ədəbiyyatı üçün böyük fədakarlıqlar edib. Tədbirdə B.Vahabzadənin həyat və yaradıcılığından video-çarxlar göstərilib. Həmçinin, kollecdə oxuyan tələbələr gələn qonaqlara musiqi töhvələri də bəxş ediblər.
Turk Qafqaz Universitetinin rektoru Ahmet  Saniç bildirib ki, belə tədbirlər 5 ildir ki, Türkiyədə və Şəkidə keçirilir."Türk dünyasının böyük şairi B.Vahabzadə bu gün həyatda olmasa da, onun əvəzsiz yeri hər bir kəsin qəlbindədir", - deyə Əhməd Sakiç vurğulayıb.

Mənbə
ANS PRESS: Nigar Əkbərli

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF