Universitetimizlə ölkəmizin bir neçə aparıcı klinikaları arasında müqavilə imzalandı.
İş Dünyası ilə Əlaqələr üzrə Prorektorluğunun təşkilatçılığı ilə universitetdə ölkəmizin bir neçə aparıcı klinikaları arasında görüş keçirilib. Görüşdə Medi Life Klinikasından Əbulfəz İsayev, Bioloji Təbabət Klinikasından Fidan Əlirzayeva, Bahar Klinikasından Hüseyn Qasımov və Mediplanet Klinikasından Məsmə Naftalıyeva iştirak edib. Universitetin rektoru professor Ahmet Saniç qonaqlara universitetin maddi - texniki bazası, xarici əlaqələri və ixtisaslar barədə geniş məlumat verib.Görüşün sonunda universitet əməkdaşlarının da iştirakı ilə universitetin rektoru Prof.Dr. Ahmet Saniç və klinika nümayəndələrinin şəxsində müqavilə imzalanıb. Müqaviləyə əsasən universitetin bütün əməkdaşlarına tələbələrinə və məzunlarına həmin klinikalarda tibbi xidmət haqqına 20 faiz güzəşt olunacaqdır.
http://www.qu.edu.az/az/news/Universitetimizl%C9%99-%C3%B6lk%C9%99mizin-bir-ne%C3%A7%C9%99-apar%C4%B1c%C4%B1-klinikalar%C4%B1-aras%C4%B1nda-m%C3%BCqavil%C9%99-imzaland%C4%B1-4971.html