“Azercell” gələcəyin mühəndislərini bir araya gətirmişdir
Bakı, 12 fevral (AzərTAc). İqtisadi baxımdan güclənən və bazar iqtisadi münasibətlərinin daha təkmil şəkildə formalaşmasına önəm verən Azərbaycan üçün təhsilin inkişafı, peşəkar, savadlı kadrların yetişməsi olduqca əhəmiyyətlidir.AzərTAc xəbər verir ki, bu reallığı öz fəaliyyətində daim nəzərə alan “Azercell Telekom” MMC ictimai əhəmiyyətli layihələr həyata keçirməklə Azərbaycanda akademik potensialın inkişafına nail olmağa dəstək göstərir. Fəaliyyətə başladığı gündən bu yöndə bir çox uğurlu layihələrə imza atan “Azercell” “Barama” innovasiya mərkəzi, “Caspian Engineering Society”nin həmtəşkilatçılığı ilə “CES Qış Kampı” adlı tədbir keçirmişdir. Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Xəzər Universiteti və Orta Doğu Texnik Universitetinin (OTDU – METU ) mühəndislik ixtisası üzrə təhsil alan 40 nəfər tələbəsi üçün müxtəlif seminarlar və təlimlər təşkil edilmişdir. Tədbirdə “informasiya texnologiyaları sahəsində iş imkanları”, “İOS əməliyyat sistemi” və “Texnoloji sahibkarlıq” haqqında geniş mühazirələr dinlənilmiş və müzakirələr aparılmışdır. Eyni zamanda, “Azercell” şirkətinin insan qaynaqları departamentinin nümayəndəsi tələbələrə şirkətdə iş imkanları barədə geniş məlumat vermişdir. Tələbələr “Barama” innovasiya mərkəzinin fəaliyyəti və indiyədək həyata keçirdiyi layihələrlə də daha yaxından tanış olmuşlar.
“CES Qış Kampı” tədbirinin əsas məqsədi mühəndislik ixtisası üzrə təhsil alan tələbələri informasiya texnologiyaları sahəsindəki imkanlar haqqında maarifləndirməkdir.
“Azercell”in dəstəyi və “Barama” innovasiya mərkəzinin köməyi ilə indiyədək Azərbaycanda bir sıra innovativ layihələr həyata keçirilmişdir. “Ümumdünya startup müsabiqəsi”, “Baku TechTalks”, “Elm və texnologiya sahibkarlığı proqramı” və digər layihələrin sayəsində bacarıqlı gənclər öz ideyalarını reallaşdırmaq, həmçinin onları beynəlxalq aləmdə təqdim etmək və daha böyük maliyyə dəstəyi almaq imkanı qazanmışlar.

© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır