Universitetlərdə ECDL milli test mərkəzlərinin qurulmasının təşkili məsələləri müzakirə edilmişdir
ENOTES" layihəsinin rəhbəri Üzeyir Bağırov təhsil naziri Mikayıl Cabbarov və mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə görüşmüşdür.Qafqaz Universitetindən bildirmişlər ki, görüşdə layihənin məqsədi, tərəfdaş universitetlərdə ECDL milli test mərkəzlərinin qurulmasının təşkili, layihə vasitəsilə ölkənin ali təhsil müəssisələrində informasiya texnologiyaları bacarıqlarının inkişaf etdirilməsi və bununla milli təhsil sisteminin təkmilləşdirilməsi, eyni zamanda, layihənin təlim-tədris prosesində müasir metodlardan istifadə və informasiya texnologiyaları biliklərində beynəlxalq standartların tətbiqini hədəflədiyi barədə məlumat verilmişdir.
http://www.qu.edu.az/az/news/Universitetl%C9%99rd%C9%99-ECDL-milli-test-m%C9%99rk%C9%99zl%C9%99rinin-qurulmas%C4%B1n%C4%B1n-t%C9%99%C5%9Fkili-m%C9%99s%C9%99l%C9%99l%C9%99ri-m%C3%BCzakir%C9%99-edilmi%C5%9Fdir-4975.html