Bəxtiyar Vahabzadənin vəfatının ildönümü qeyd edildi

Bəxtiyar Vahabzadənin vəfatının ildönümü Şəkidə qeyd edilib

   
Xalqımızın unudulmaz və əbədiyaşar şairi, müasir Azərbaycan poeziyasının ən parlaq simalarından olan Bəxtiyar Vahabzadənin vəfatının ildönümü ilə əlaqədar şairin anadan olduğu Şəki şəhərində xatirə tədbiri keçirilib.Şəhər icra hakimiyyəti və “Qafqaz” Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “Şəkidən dünyaya -Bu dünyadan bir Bəxtiyar keçdi” adlı tədbirdə ziyalılar, poeziya həvəskarları, ictimaiyyət nümayəndələri, habelə qonaqlar iştirak ediblər.Tədbir iştirakçıları əvvəlcə Şəki Musiqi Kollecinin foyesində “Poeziyamızın Bəxtiyarı” mövzusunda sərgi ilə tanış olmuşlar.Xatirə gecəsində “Qafqaz” Universitetinin rektoru Əhməd Sanıç çıxış edərək B.Vahabzadənin müasir Azərbaycan poeziyasının inkişafındakı xidmətlərindən danışıb. Qeyd olunub ki, böyük ədib, mahir pedaqoq, görkəmli ictimai xadim Bəxtiyar Vahabzadənın əbədiyyətə qovuşmasından dörd il vaxt keçir. Bu böyük insan bizdən cismən ayrılsa da onun işıqlı xatirəsi xalqımızın qəlbində həmişə yaşayacaqdır.Bildirilib ki, öz dəyərli əsərləri ilə müasir Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlər göstərmiş B.Vahabzadənin yaradıcılığı bədii fikrimizin zənginləşməsində mühüm rol oynayıb. Azərbaycan dilinin saflığı və zənginləşməsi uğrunda mübarizə şairin yaradıcılığının əsas istiqamətlərindən birini təşkil edib. Onun əsərləri dünyanın müxtəlif dillərinə tərcümə olunub. Böyük ədibin əbədiyaşar seirləri Tükiyədə və türkdilli ölkələrdə sevə-sevə oxunur.Çıxışlarda qeyd olunub ki, B.Vahabzadə Vətəninə, doğulduğu yerə, soykökünə bağlı bir insan idi. O, anadan olduğu yurdu – Şəkini çox sevirdi. Əsərlərində Şəki mühitinə xas olan kolorit, dərin düşüncə, ağıllı zəka özünü aydın biruzə verirdi.Diqqətə çatdırılıb ki, şairin xatirəsini əbədiləşdirmək məqsədilə Şəkidəki mərkəzi parklardan birində onun büstü qoyulub, şəhərdəki məktəb və küçələrdən birinə şairin adı verilib. Hər il avqustun 16-da, şairin doğum günündə Şəkidə “Bəxtiyar poeziya günləri” keçirilir.Tədbirdə B.Vahabzadənin həyat və yaradıcılığından bəhs edən film nümayiş etdirilib, musiqi kolleci tələbələrinin ifasında şairin sözlərinə yazılmış mahnılar oxunub, şeirləri ifa olunub./gun.az/

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF