Universitetimizlə Mediplanet Klinikası arasında müqavilə imzaladı.
İş Dünyası ilə Əlaqələr Prorektorluğunun təşkilatçılığı ilə universitetdə ölkəmizin aparıcı klinikalarından olan Mediplanet MMC klinikasının həkimi Məsmə Naftalıyeva Universitetin rektoru Prof.Dr. Ahmet Saniç arasında görüş keçirilmişdir. Prof.Dr. Ahmet Saniç klinika nümayəndəsinə universitetin maddi -texniki bazası xarici əlaqələri və ixtisaslar barədə geniş məlumat verib. Görüşün sonunda universitet əməkdaşlarının da iştirakı ilə Universitetin rektoru Prof.Dr. Ahmet Saniç və Mediplanet MMC klinikasının həkimi Məsmə Naftalıyeva arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən universitetin əməkdaşlarına tələbələrinə və məzunlarına həmin klinikalarda tibbi xidmət haqına 20 faiz güzəşt olunacaq.
http://www.qu.edu.az/az/news/Universitetimizl%C9%99-Mediplanet-Klinikas%C4%B1-aras%C4%B1nda-m%C3%BCqavil%C9%99-imzalad%C4%B1-4969.html