TQDK Unversitetlərin reytinqini açıqladı


 İlk yerləri dövlət, son pillələri isə özəl universitetlər tutur
Azərbaycanın ən reytinqli universitetlərinin siyahısı müəyyənləşib.  TQDK-ya istinadən xəbər verir ki, 2012-ci ildə ən reytinqli ali məktəb Prezident yanında Dövlət İdarəçilik Akademiyası olub.
Yüksək hazırlıqlı abituriyentlərin bu təhsil ocağına marağı çoxdur. Bu akademiyaya daxil olan tələbələrin əksəriyyətinin topladıqları bal 600-dən yuxarı olur.
Azərbaycan Tibb Universiteti isə ikinci yerdədir. Üçüncü yerdə Qafqaz Universiteti dayanır. Bu universitetinin reytinqi ötən illərdə də yüksək idi.
Maraqlı olan fakt isə, özəl ali məktəblərin siyahıda ən axırıncı yerdə durmasıdı. Bir müddət bundan öncə Azərbaycanda bəzi özəl ali məktəblərin bağlanması ilə bağlı bir sıra xəbərlər yayımlanmışdı. Görünür, bu siyahının ictimaiyyətə təqdim edilməsi məhz buna hazırlıqların başlanmasını göstərir. Siyahıda ən axırıncı yeri Təfəkkür Universiteti, ondan sonra isə Bakı Avrasiya Universiteti tutur. Belə nəticəyə gəlmək olar ki, Məleykə Abbaszadənin rəhbərliyi altında olan qurum özəl ali təhsil müəssəsələrindən ilk olaraq Təfəkkür Universitetini və Bakı Avrasiya Universitetini sıradan çıxarmaq niyyətindədir. 
Ali məktəbin adıReytinq balı
1. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası 7393
2. Azərbaycan Tibb Universiteti 5945
3. Qafqaz Universiteti 3674
4. Azərbaycan Dillər Universiteti 3518
5.Azərbaycan Dövlət Neft Akademiyası 3394
6. Bakı Dövlət Universiteti 3274
7. Azərbaycan Turizm Universiteti 2814
8. Azərbaycan Dövlət İqtisad Universiteti 2683
9. Naxçıvan Dövlət Universiteti 2650
10. Bakı Slavyan Universiteti 2231
11.Milli Aviasiya Akademiyası 2041
12. Azərbaycan Dövlət Pedaqoji Universiteti 1916
13. Memarlıq və İnşaat Universiteti 1569
14. Gəncə Dövlət Universiteti 1554
15.Azərbaycan Texniki Universiteti 1501
16. Azərbaycan Müəllimlər İnstitutu 1323
17.Naxçıvan Müəllimlər İnstitutu 1278
18. Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə) 1200
19. Sumqayıt Dövlət Universiteti 1121
20. Lənkəran Dövlət Universiteti 1117
21.Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti 1065
22. Mingəçevir Politexnik İnstitutu 999
23. Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası 968
24.Xəzər Universiteti 948
25. Azərbaycan Kooperasiya Universiteti 919
26. Naxçıvan Özəl Universiteti 879
27. Bakı Biznes Universiteti 869
28. Bakı Qızlar Universiteti 819
29. Qərb Universiteti 807
30. Azərbaycan Texnologiya Universiteti (Gəncə) 764
31.“Azərbaycan” Universiteti 756
32. Bakı Asiya Universiteti 756
33.Azərbaycan İctimai-Siyasi Universiteti 754
34.“Odlar Yurdu” universiteti 732
35.Təfəkkür Universiteti 731
36.Bakı Avrasiya Universiteti 717
http://qazeta.com/2012/07/30/tqdk-unversitetl%C9%99rin-reytinqini-aciqladi/

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF