II qrupun 700 bal toplayan abituriyenti: “Artıq ixtisas seçimimi də etmişəm”


II ixtisas qrupu üzrə ən yüksək nəticə göstərən - 700 bal toplayan abituriyent Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyinin məzunu Nərgiz Məzahirqızı sevinc hisslərini Modern.az-la bölüşüb. Ölkə üzrə rekord nəticə qazanan Nərgiz bu uğuru əldə etməsində oxuduğu məktəbə borclu olduğunu söyləyib.
“İnanmırdım 700 bal yığacağıma, özümdən əmin deyildim. Amma bilirdim ki, 690 bal yığaram. İmtahanın sonuna 10 dəqiqə qalmış sualları tam cavablandırıb, qurtarmışdım. İmtahandan sonra məktəbdə cavabları yoxladım və bildim ki, 700 bal yığmışam. Suallar o qədər də çətin deyildi.
Bu doğrusu mənim üçün gözlənilməz oldu, çox sevinirəm. Bu uğuru əldə etməyimə görə daha çox məktəbimə, anama və dostlarıma borcluyam”.

Nərgiz bildirib ki, imtahana “Araz” kurslarında hazırlaşıb: “İndi isə Qafqaz Universitetinin Dünya iqtisadiyyatı fakültəsində oxumaq istəyirəm. Mən hər il məktəbdə təqdir alırdım, fəxri fərman alırdım. Müəllimlər də məndən bu uğuru gözləyirdi”,-deyə Nərgiz Məzahirqızı vurğulayıb.
Qeyd edək ki,  bundan öncə keçirilən III qrupun imtahanlarında 1 abituriyent –Sabunçudakı 72 saylı məktəb-liseyin məzunu Xeyransa Əliyeva,  IV qrupun imtahanında isə 2 abituriyent Bakı Türk Liseyinin məzunları Kamran Həmidov və Kamil Sərdarlı da 700 bal toplaya bilmişdi.
Sevinc İltifatqızı
http://modern.az/articles/27213/1/

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF