Qafqaz Universitetinin tələbələri Türkiyədə təcrübə keçir
Universitetdən Gün.Az-a verilən məlumata görə,
universitetin 100-ə yaxın tələbəsi Türkiyədə dövlət və özəl sektor
müəssisələrində yay təcrübə proqramlarına qoşulub:
“2 və 3-cü kurs tələbələri Türkiyənin bir sıra dövlət qurumları və qabaqcıl şirkətlərində praktika keçirlər. Proqrama dərslərində müvəffəqiyyət baxımından fərqlənən və nümunəvi davranışı ilə seçilən tələbələr daxil edilib.
İqtisadiyyat və idarəetmə fakültəsinin Maliyyə, Dünya iqtisadiyyatı, Dövlət və bələdiyyə idarəetməsi, Biznesin təşkili və idarəedilməsi, Menecment, Beynəlxalq münasibətlər, Regionşünaslıq ixtisaslarının və Mühəndislik fakültəsinin Sənayenin təşkili və idarəolunması, Kompyuter mühəndisliyi ixtisaslarının tələbələri Bankasya, Petkim, Kuveyttürk bank, Colins, İstanbul Böyükşəhər bələdiyyəsi, Samsun Böyükşəhər bələdiyyəsi, Uyumsoft proqramlaşdırma şirkəti, Boğaziçi universiteti, TASAM və TESEV strateji tədqiqatlar mərkəzi kimi müxtəlif sahələrdə qabaqcıl müəssisələr olaraq tanınmış qurumlarda dərslərdə aldıqları bilikləri praktiki həyatda tətbiqetmə bacarıqlarına yiyələnirlər.
Təcrübə proqramı 1 ay nəzərdə tutulub.
Mirvari Kamilqızı
Gün.Az