QAFQAZ UNİVERSİTETİ TƏLƏBƏLƏRİNİN TÜRKİYƏ TƏCRÜBƏSİ
Əvvəlki
illərdə olduğu kimi bu il də Qafqaz Universitetinin 100-ə yaxın
tələbəsi Türkiyədə dövlət və özəl sektor müəssisələrində yay təcrübə
proqramlarında iştirak edir
Türkiyənin
bir-sıra dövlət qurumları və qabaqcıl şirkətləri ilə əməkdaşlıq edən
universitet II və III kurslarda oxuyan tələbələrin praktikalarının
Türkiyədə keçirilməsini təmin edir. Proqrama dərslərində müvəffəqiyyətlə
fərqlənən və nümunəvi davranışı ilə seçilən tələbələr daxil edilir.
Proqramda
əsasən İqtisadiyyat və idarəetmə fakultəsinin Maliyyə, Dünya
iqtisadiyyatı, Dövlət və bələdiyyə idarəetməsi, Biznesin təşkili və
idarəedilməsi, Menecment, Beynəlxalq münasibətlər, Regionşünaslıq
ixtisaslarının və Mühəndislik fakultəsinin Sənayenin təşkili və
idarəolunması, Kompyuter mühəndisliyi ixtisaslarının tələbələri iştirak
edir.
Bankasya,
Petkim, Kuveyttürk bank, Colins, İstanbul Böyükşəhər bələdiyyəsi,
Samsun Böyükşəhər bələdiyyəsi, Uyumsoft proqramlaşdırma şirkəti,
Boğaziçi universiteti, TASAM və TESEV stratejik tədqiqatlar mərkəzi kimi
müxtəlif sahələrdə qabaqcıl müəssisələr olaraq tanınmış qurumlarda
tələbələr dərslərdə aldıqları bilikləri praktiki həyatda tətbiq etmə
bacarэqlarına yiyələnir.
Təcrübə
proqrama əsasən 1 ay davam etməkdədir. Tələbələr bu müddət ərzində bir
tərəfdən ixtisasları ilə əlaqəli yeni tətbiqi bacarıqlar əldə edərkən
digər tərəfdən qardaş ölkə Türkiyə ilə yaxından tanış olma imkanı əldə
edir. Belə ki, praktika müddətində tələbələrə rəhbərlik etmək üzrə
universitet tərəfindən təyin edilmiş təcrübəli müəllimlər bir tərəfdən
təcrübə proqramının gedişatına nəzarət edərkən, digər tərəfdən həftə
sonu gəzinti proqramları tərtib edərək tələbələrin Türkiyədəki
tarixi-mədəni əhəmiyyətə malik məkanları görməsini təmin edir. Artıq
ənənə halını almış Qafqaz tələbələrinin Türkiyədə yay təcrübə proqramı
müvəffəqiyyətlə davam etdirilməkdədir. Tələbələr ölkəmizi və
universitetimizi layiqincə təmsil etməkdə, təcrübə keçdikləri qurumlarda
xüsusi rəğbət qazanmaqdadır.
Universitetin
səyləri nəticəsində tələbələrə Türkiyədə yay təcrübə proqramı keçmə
imkanı daha da genişləməkdədir. Belə ki, SOCAR də ortaqlarından olduğu
Petkim ilə ötən il başlayan əməkdaşlıq bu il daha da genişlənmiş və
Mühəndislik fakultəsi tələbələri ilə birlikdə İqtisadiyyat fakultəsi
tələbələri də bu müəssisədə təcrübə keçməyə qəbul edilib. Bu il ilk dəfə
olaraq Samsun Böyükşəhər Bələdiyyəsi də Qafqaz Universiteti Dövlət və
bələdiyyə idarəetməsi ixtisası tələbələrinə praktika imkanı verib.
Qafqaz
universitetinin Dövlət İdarəçilik Akademiyası ilə olan əməkdaşlığı
çərçivəsində DİA-nın tələbələri də Qafqaz tələbələri ilə birgə təcrübə
proqramında iştirak edib. Xatırladaq ki, tələbələrin Türkiyədə yay
təcrübə proqramı Türkiyə Respublikası Baş Nazirliyi İnkişaf və
Əməkdaşlıq Baş İdarəsi tərəfindən də dəstəklənir.