13 tələbə Samsun Böyükşəhər Bələdiyyəsində 2 həftəlik təcrübə proqramı keçdilər

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət idarəçilik akademiyası və Qafqaz Universitetitinin birlikdə toplam 13 tələbəsi bu il 02.07.2012- 13.07.2012 tarixlərində Türkiyə Respublikasının Samsun Böyükşəhər Bələdiyyəsində 2 həftəlik təcrübə proqramı keçdilər.Tələbələrlə görüşən Samsun Böyükşəhər Bələdiyyəsinin başçısı Yusuf Ziya Yılmaz, belə fəaliyyətlərin iki qardaş ölkə adına çox faydalı olduğunu qeyd edərək, gələcəkdə də bu təhsil münasibətlərin davam ediləcəyini bildirib, müvəffəqiyyətlər arzuladı. Azərbaycan tələbə heyəti Azərbaycanın milli tarixini özündə əks etdirən hədiyyələrini Samsun Böyükşəhər Bələdiyyəsinin başçısı Yusuf Ziya Yılmaza təqdim edərək belə bir imkanı yaratdıqlarına görə öz səmimi təşəkkürlərini bildirdilər.

Tələbələr iki həftə müddətində bələdiyyənin nəzdində fəaliyyət göstərən 5 ayrı şöbədə istehsalat təcrübələrini həyata keçirtdilər. Eyni zamanda Samsun Böyükşəhər Bələdiyyəsində həftədə iki dəfə toplanan bələdiyyə məclisinin iclasında da müşahidəçi kimi iştirak etdilər. Təcrübədən əlavə həftə sonunda tələbələrimizin Samsun şəhərinin tarixi məkanlarını gəzib görmə fürsəti də oldu. Ulu öndər Atatürkün Türkiyə Respublikasının qurulması yolunda apardığı milli mücadiləni Samsun şəhərindən başlatdığını nəzərə alsaq, bu hadisəylə bağlı müzeylər tələbələrimizin daha çox marağına səbəb oldu. Təcrübənin sonunda tələbələrimizin təcrübə dəftərləri yoxlanılıb qeydiyyata alındı və sertifikatlar təqdim olundu. Günortadan sonra isə, Samsuna bağlı olan Bafra Bələdiyyə başçısı Zihni Şahinin qəbulunda olan tələbələrimiz təcrübənin son günündə Bafra Bələdiyyəsinin fəaliyyətləri ilə tanış oldular.
http://www.mia.az/news/22235.html

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF