Ali təhsil ocaqlarımız dünya miqyasında çox aşağıdır
Bugünlərdə TQDK 2012-ci ilin ən reytinqli ali məktəblərinin adını
açıqlayıb. Siyahıya görə Prezident yanında Dövlət İdarəçilik
Akademiyası reytinqdə birinci olub. Azərbaycan Tibb Universiteti ikinci,
Qafqaz Universiteti üçüncü yerdə qərarlaşıb.
Amma təəssüf ki, ali təhsil ocaqlarımız dünya miqyasında hələ də çox aşağı sıralarda qərarlaşıblar. Hazırda dünya ölkələri üzrə ali məktəblərin reytinq cədvəlini hazırlayan bir neçə məşhur mərkəz var. Bunlara "QS" Dünya Universitetləri Reytinqi, "THE" Reytinqi, "ARWU" Dünya Universitetləri Akademik Reytinqi və s. daxildir.
"QS" Dünya Universitetləri Reytinqinin açıqladığı son siyahıda (2011-yekun) Azərbaycandan 3 ali məktəb siyahıya düşüb: Bakı Dövlət Universiteti, Qafqaz Universiteti və Xəzər Universiteti. Lakin hər üç ali məktəb reytinqdə "601+" kateqoriyasında yer alıb, başqa sözlə desək, ilk "600"-lükdən kənarda qalıb. Müqayisə üçün qeyd edək ki, Azərbaycan ali məktəblərinin yer ala bilmədiyi "600"-lükdə Rusiyanın, Qazaxıstanın, BƏƏ-nin, Yunanıstanın ali məktəbləri yer alıb.
Bununla yanaşı Azərbaycan ali məktəbləri nə "THE"-nin "TOP 400"-lüyündə, nə də "ARWU"-nun "TOP 200"-lüyündə yer almayıblar.
Amma daha acınacaqlı hal "Webometrics" saytının hazırladığı reytinq siyahısındadır.Belə ki, dünyanın 20 mindən artıq ali məktəblərinin daxil edildiyi siyahılda Azərbaycan ali məktəbləri xeyli aşağı mövqedədir. Siyahıda ən yüksək pillədə Qafqaz Universiteti qərarlaşıb. Bu ali təhsil ocağına dünya üzrə 5 816-cı pillədə yer verilib. TQDK-nın ən reytinqli ali məktəb adlandırdığı Prezident yanında Dövlət İdarəçilik Akademiyası isə "Webometrics" saytının reytinqində 14 645-ci pillədə qərarlaşıb.
Təbii ki, araşdırma mərkəzlərinin hər birinin özünəməxsus seçim kriteriyaları var, bununla yanaşı bu siyahıların nə dərəcədə şəffaf olması da müzakirə mövzusu ola bilər. Amma reallıq budur ki, dünya miqyaslı araşdırma mərkəzləri bu siyaları tərtib edib və ölkə təhsilinin bugünkü vıəziyyətini nəzərə aldıqda bu siyahıların çox da gözlənilməz olmadığı aydın olur.
http://xezerxeber.com/XeberOxu.aspx?id=27441