`QAFQAZ`ın tarixindən-8 MART 2004 BEYNƏLXALQ QADINLAR GÜNÜ KONFRANSI
8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə əlaqədar Dialoq Qafqaz Klubu “Azərbaycan qadınının dünəni,
bu günü və sabahı” adlı
konfrans keçirdi. Konfransa müxtəlif qadın
cəmiyyətlərindən qonaqlar dəvət olunmuşdu.
8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən
konfransa Azərbaycan Respublikasının Qadın
Problemləri Üzrə Cəmiyyətin I müavini
Dilrubə Camalova, Akademik M.E. Mirqasımova adına Respublika Kliniki Xəstəxananın
baş həkimi Sədaqət Qurbanova və “Azərbaycan
Məktəbi” jurnalının baş redaktoru Zəhra Əliyeva dəvət olunmuşdu.
Dəvət olunan xanımların
hamısı qadın problemləri ilə əlaqədar məsələlərdən söhbət açdılar. Qadınlarımızın
sosial həyatdakı rolunun çox bюyük olduğunu vurğuladılar. Qadınlarımızın bir çox
sahələrdə çalışdığını və cəmiyyətimizin də onların əməyinə bюyük ehtiyac duyduğunu sюylədilər.
Qonaqlarımız onu da qeyd
etdilər ki, hər şeydən öncə qadın bir anadır, qadın hər cür problemin həll
olunmasında rol oynayan məsləhətçidir.
Keçirilən konfransda qadınlarımızın
üzləşdiyi bir çox problemlərlə bağlı ətraflı məlumat verildi. Konfransın
sonunda dəyərli rektorumuz prof. dr. Erol Oral
bəy gələn qonaqlara hədiyyələr təqdim
etdi. Bundan əlavə konfransda iştirak edən digər qadın qonaqlarımıza da çiçəklər
paylandı.
Cəmilə Bəndəliyeva.
2004-cü il