Bakıda “Kibernetika və informatika problemləri” IV Beynəlxalq konfrans keçiriləcək
12-14 sentyabr 2012-ci il tarixində Bakı şəhərində "Kibernetika və
informatika problemləri" (PCI’2012-IV International Conference "Problems
of Cybernetics and Informatics") IV Beynəlxalq konfransı keçiriləcək.
Konfransın təşkilatçıları Azərbaycan Milli Elmlər Akademiyası, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, "Abdus Salam" Nəzəri Fizika Beynəlxalq Mərkəzi, AMEA Kibernetika İnstitutu, AMEA İnformasiya Texnologiyaları İnstitutu, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Milli Aviasiya Akademiyası, Azərbaycan Texniki Universiteti, Qafqaz Universiteti, BDU Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutudur.
"ICTnews" elektron xəbər xidmətinə bu barədə Təşkilat Komitəsindən (TK) məlumat verilib. TK-dan bildirilib ki, konfransda ABŞ, Rusiya, Almaniya, İtaliya və digər ölkələrdən aparıcı alimlərin iştirakı nəzərdə tutulur: "Müsbət rəy alan məruzələr konfransın açılışına qədər konfransın "Əsərlər"ində çap olunacaq və "www.pci2012.science.az" saytında yerləşdiriləcək".

HƏQİQƏT
http://www.ictnews.az/read-16073-news-1.html