Qafqaz Universiteti 3 Tempus və 2 Erasmus Mundus layihəsilə növbəti uğurunu qazanıb

Cari 2012-ci il Avropa İttifaqı tərəfindən dəstəklənən Tempus və Erasmus Mundus layihələrində Qafqaz Universiteti 3 Tempus və 2 Erasmus Mundus layihəsilə növbəti uğurunu qazanıb. Tempus tərəfdaş ölkələrdə olan təhsil müəssisələrin Avropadakı universitetlərlə əməkdaşlığı və əməkdaş universitetlərin modernizasiyasını hədəfləyən Avropa İttifaqı ali təhsil proqramıdır. Proqram çərçivəsində Avropa universitetləri ilə tərəfdaş ölkələr arasında Avropa standartlarına dair təcrübənin bölüşülməsi, əmək bazarının tələblərinə uyğun kadr potensialının hazırlanması, təlim tədris prosesində ən müasir metodlardan istifadə, universitetlərdə idarəetmənin təkmilləşdirilməsi, ali təhsildə islahatlar, yeni informasiya texnologiyaların yaradılması və tətbiqi, eləcədə universitetdə qeyri-akademik heyətin hazırlığı kimi sahələrdə əməkdaşlıqlar qurularaq bu sahələrin inkişafı nəzərdə tutulmuşdur.
Bundan öncəki illərdə Qafqaz Universiteti Avropa ali təhsil ocaqları tərəfindən idarəedilən layihələrdə iştirak edirdisə də, bu il Qafqaz Universiteti Avropa İttifaqı tərəfindən maliyyələşdiriləcək layihəni kordinator olaraq idarəedəcəkdir. E-NOTES layihəsi 3 il ərzində ölkənin müxtəlif bölgələrində ali təhsil müəssisələrində İnformasiya Kommunikasiya Texnologiyalarından (İKT) istifadə edərək müasir təlim metodlarıyla tədris vermək, ali təhsil müəssisələrində İKT təlimlərinin və tədris materiallarının tərtibinin və nəşrinin Avropa standartlarına uyğunlaşdırmaq, ali məktəblərdə verilən xidmətlərin keyfiyyətini artırmaq, müasir metodlardan istifadə edərək tədqiqatlara dəstək vermək, univeristetlərdə akademik və administrativ heyyətinin kadr potensialının yaxşılaşdırılmasını hədəfləmişdir. Azərbaycanla yanaşı E-NOTES layihəsində İsveç, İspaniya, Latvia, Litva və Polşadan olan universitetlər tərəfdaş kimi iştirak edəcəkər.

Qafqaz Universiteti bundan əlavə olaraq iki avropa universiteti tərəfindən idarəediləcək layihədə tərəfdaş universitet kimi iştirak edəcəkdir. Layilərədən birincisi İtaliyanın Dell’Aquila Universiteti tərəfindən təqdim edilmiş, tələbələrə təqdim edilən xidmətlərin inkişaf etdirilməsini, məzun koordinasiyası və məzunların karyera planlamasını, bu sahədə fəaliyyət göstərəcək heyyətin avropa universitetlərində təlimlərini təşkil etmək, beynəlxalq standartlara cavab verən xidmət keyfiyyəti təminatı mexanizmlərini işliyib hazırlamaq layihənin əsas hədəfləridir. Layihə üç il ərzində Azərbaycan, Gürcistan, İsrail, Qazaxıstan və Qırğızıstanda həyata keçiriləcəkdir. İkinci layihə isə Latviyanın Riqa Texniki Universiteti tərəfindən təqdim edilən enerji səmərəliliyi tədrisinin inkişafı və təlim şəbəkəsinin qurulmasını hədəfləyən layihə üç il ərzində Azərbaycan, Belarusiya və Kosovoda həyata keçiriləcəkdir.
Erasmus Mundus proqramı çərçivəsində isə Qafqaz Universiteti iki konsorsiumla qalib olmuşdur. Erasmus Mundus tələbə və müəllim mübadiləsi proqramı olub, tərəfdaş ölkələrdə beynəlxalq əməkdaşlığı təşviq etmək, elmi biliklərin mübadiləsini təşviq etmək, tərəfdaş ölkələrdəki tələbə, müəllim və idari heyyətinin mübdiləsi, tərəfdaş universitetlərdə kadr potensialını yüksəltməyi, ölkələr arasında iqtisadi, siyasi və elm sahələrindəki əməkdaşlığı təşviq etmək hədəflənmişdir.
Xatırladaq ki, keçən il Qafqaz Universiteti üç Tempus layihəsi və bir Erasmus Mundus layihəsini qazanmışdır. Bu layihələrlə Qafqaz Universitetində Avropa universitetləri ilə birlikdə iki yeni magistr proqramı başladacaqdır.
http://www.mia.az/news/22329.html

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF