Türkiye Böyük Millet Meclisinin Sedri Köksal Toptana Qafqaz Universitetinin Fexri Doktoru Adı Verilmişdir

İyunun 18–de Türkiye Böyük Millet Meclisinin sedri Köksal Toptanın başçılıq etdiyi nümayende heyeti Qafqaz Universitetinde (QU) olmuşdur.Milli Meclis deputatlarının, tanınmış alimlerin, tehsil işçilerinin, telebelerin iştirak etdikleri görüşde Qafqaz Universitetinin rektoru, professor Ehmed Saniç, “Çağ” Öyretim İşletmeleri Şirketi idare heyetinin sedri Enver Özeren çıxış ederek Azerbaycan ile Türkiyenin mehriban qardaşlıq münasibetlerinden danışmışlar.“Çağ” Öyretim İşletmeleri Şirketinin ölkemizde fealiyyet gösteren tehsil müessiselerinin, o cümleden Qafqaz Universitetinin fealiyyeti barede etraflı melumatlar veren natiqler müasir avadanlıq ve texnologiyalar ile techiz edilmiş bu ali mektebde qazanılan nailiyyetleri diqqete çatdırmış, onun beynelxalq elaqelerinin ilden–ile genişlendiyini bildirmişler.Sonra Azerbaycan–Türkiye elaqelerinin inkişafında semereli xidmetlerine göre Türkiye Böyük Millet Meclisinin sedri Köksal Toptana Qafqaz Universitetinin fexri doktoru adının verildiyi bildirildi.Tehsil naziri Misir Merdanov müsteqil dövletimizin memarı ve yaradıcısı, ümummilli liderimiz Heyder Eliyevin elm ve tehsilimizin inkişafına daim böyük ehemiyyet verdiyini, ulu önderimizin siyasetinin Azerbaycan Prezidenti İlham Eliyev terefinden ezmle davam etdirildiyini vurğulamışdır.Azerbaycan ile Türkiyenin tehsil elaqelerinden behs eden nazir bu sahede emekdaşlığın genişlenmesinde Türkiye Böyük Millet Meclisinin sedri Köksal Toptanın mühüm rolu olduğunu bildirmişdir.Türkiye Böyük Millet Meclisinin sedrine Qafqaz Universitetinin fexri doktoru mantiyası, diplom ve hediyyeler teqdim edilmişdir.Öz ölkesi ile Azerbaycanın tarixi birliyi ve geniş elaqeleri olduğunu qeyd eden Köksal Toptan bu elaqelerin inkişafında görkemli dövlet xadimi Heyder Eliyevin müstesna xidmetlerini vurğulamış, ulu önderin “Biz bir millet, iki dövletik” kelamını xatırlatmışdır. O, ölkelerimiz arasında tehsil sahesinde genişlenen emekdaşlığın ehemiyyetini diqqete çatdırmışdır. Türkiye Böyük Millet Meclisinin sedri yüksek ada – Qafqaz Universitetinin fexri doktoru adına layiq görüldüyü üçün memnun olduğunu qeyd etmiş, teşekkürünü bildirmişdir.Bu il Türkiyede keçirilmiş VI Beynelxalq Türkce Olimpiadasının qalibi olan ve medallara layiq görülen azerbaycanlı telebe ve şagirdlere mükafatlar teqdim edilmiş, xatire şekilleri çekdirilmişdir.Nümayende heyeti universitetin tedris şeraiti ile de tanış olmuşdur.
http://respublica.news.az/2008/06/19/3262/

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF