110 ölkenin geleceyi Türkce yarışır
Türkiyədə keçirilən 6-cı Beynəlxalq Türkcə Olimpiadasında 110 ölkədən 550 şagird yarışır.
Azərbaycanı isə bu yarışda 18 şagird təmsil edir. Ölkəmizin bir sıra tanınmış ictimai-siyasi xadimlərinin və media nümayəndələrinin də qatılacağı olimpiadanın finalı iyunun 1-də İstanbulda baş tutacaq.
Bu il altıncısı keçirilən Beynəlxalq Türkcə Olimpiadasında dünyanın 110 ölkəsindən 550 şagird iştirak edir. Mayın 22-də başlayan olimpiadanın final və mükafatlandırma mərhələsi iyun ayının 1-də keçiriləcək. Finala Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın qatılacağı gözlənilir. İndiyə qədər keçirilən olimpiadalarda isə Türkiyə Böyük Millət Məclisinin başqanı iştirak edib.Hər il olduğu kimi bu il də olimpiada iştirakçıları şeir, mahnı, inşa, qrammatika, nitq, tamaşa, dünyagörüşü, qeyri-adi qabiliyyətlərin nümayişi kateqoriyaları üzrə yarışacaqlar. Bundan başqa yarış iştirakçıları təmsil etdikləri ölkələri tanıdan stendləri də nümayiş etdirəcəklər.
Bu dil yarışında Azərbaycandan da nümayəndələr iştirak edirlər. Ölkəmizi təmsil edən 18 şagird may ayının 21-dən Türkiyədədirlər. Heyət ölkəmizdəki dövlət və özəl orta məktəblərin şagirdlərindən ibarətdir. Final mərhələsində Azərbaycandan bir sıra tanınmış ictimai-siyasi xadimlərin və media nümayəndələrinin də fəxri qonaq qismində iştirakı gözlənilir. Olimpiadanın Azərbaycan üzrə nümayəndəsi və təşkilatçısı isə “Çağ” Öyrətim şirkətidir.
Qeyd edək ki, olimpiadanın son seçmələri 22-30 may tarixləri arasında Ankara və İstanbul şəhərlərində keçirilir. Olimpiadanın gedişini izləyən Türkiyə vətəndaşları dünyanın müxtəlif ölkələrindən gələn və ayrı-ayrı dinləri, millətləri və irqləri təmsil edən şagirdlərin türkcə oxduqları şeir və mahnıları böyük maraqla qarşılayıblar. Yarış iştirakçılarının bir qismini qəbul edən Türkiyə Böyük Millət Məclisinin başqanı Köksal Toptan da dünyanın 110 ölkəsindən 550 şagirdin Türkiyəyə gəlməsinin və onların türkcə olimpiadasında iştirak etmələrinin qürurverici olduğunu söyləyib. O, növbəti illərdə iştirakçı ölkələrin sayının artmasını və bütün dünyanı əhatə etməsini arzuladığını bildirib.
Toptan: “Siz dünyada barışa xidmət edirsiniz”
Dünyanın 110 ölkəsindən gələrək türk dili yarışmasına qatılan şagirdlərlə görüşən TBMM sədri Köksal Toptan: “Siz dünyada barışa xidmət edirsiniz. Müharibələrdən yorulmuş dünyanı siz yenidən quracaqsınız”, - söylədi və bu möhtəşəm tablonun memarlarına səmimi təşəkkürlərini bildirdi. TBMM sədri dünyanın müxtəlif ölkələrini, irqlərini təmsil edən şagirdlərə bu dostluqları öz ölkələrinə daşımalarını və dünyanı dostluq üzərində anlamalarını, anlatmalarını tövsiyə etdi.zaman, Bir millətin səsi
http://www.azr.baybak.com/il_2008_say_2458.azr