Misir Ereb Respublikasının İsgenderiyye Kitabxanasının Direktoru İsmail Serageldin Qafqaz Universitetinde Olmuşdur
AzerTAc xeber verir ki, iyunun 12-de Misir Ereb Respublikası (MER) İsgenderiyye kitabxanasının direktoru doktor İsmayıl Serageldin Qafqaz Universitetinde olmuşdur. Görüşde universitetin rektoru, professor Ehmed Saniç bu ali mektebde tehsilin inkişafı ile bağlı heyata keçirilen tedbirlerden, qazanılan nailiyyetlerden danışmışdır. Doktor İ.Serageldin öz ölkesi ile Azerbaycan arasındakı elaqelerin ehemiyyetini vurğulamışdır. Rehberlik etdiyi İsgenderiyye kitabxanasının maddi-texniki bazası, kitab fondu, xidmet imkanları barede etraflı melumat veren qonaq burada informasiya texnologiyalarından da geniş ve semereli istifade olunduğunu diqqete çatdırmışdır. Kitabxananın beynelxalq elaqelerinden behs eden doktor İ.Serageldin bu elm mebedi ile dünyanın 100-den artıq ölkesinin, o cümleden Azerbaycanın tanınan kitabxanaları arasında emekdaşlıq olduğunu bildirmişdir. Sonra qonaq tedbir iştirakçılarını maraqlandıran suallara cavab vermişdir. Görüşde MER-in Azerbaycandakı sefiri Yusif Ehmed İbrahim el-Şarkavi iştirak etmişdir.