İskenderiyye Kitabxanasının direktoru Qafqaz Universitetinin qonağı olub

Qafqaz Universitetinin 2007-2008-ci tedris ilinde teşkil etdiyi seminarlar silsilesinin növbeti qonağı Misir parlamentinin deputatı, İskenderiyye Kitabxanasının direktoru İsmayıl Serageldin olub. "Yeni kitabxana modeli kontekstinde İskenderiyye Kitabxanası" mövzusunda meruze ile çıxış eden İ.Serageldin bildirib ki, bugünedek sefer etdiyi dünyanın 75-den çox ölkesinde fealiyyet gösteren kitabxanaların veziyyeti ile maraqlanıb, orada yaradılan güşelerle tanış olub: "Bu kitabxanaların bezileri ile İskenderiyye Kitabxanası arasında emekdaşlıq elaqeleri mövcuddur. Müntezem olaraq birge emekdaşlıq çerçivesinde sözügeden kitabxanalarda elmi-kütlevi tedbirler, seminar teşkil edirik. Biz gelecekde Qafqaz Universitetinin kitabxanası ile de emekdaşlıq etmek ve bu sepkili tedbirleri burda da keçirmek niyyetindeyik".

İ.Serageldin qeyd edib ki, İskenderiyye Kitabxanasında böyüklerle yanaşı 5-11 yaşlı uşaqlar üçün de xüsusi güşe yaradılıb: "Uşaqlarla iş menim fealiyyetimde xüsusi sahe olmayıb, amma çalışmışam ki kitabxanada onlar üçün de bir güşe olsun. İskenderiyye Kitabxanasında yaradılan güşede müxtelif vesaitler toplanır, 11-17 ve 17-22 yaşda olanlar üçün seminarlar ve konfranslar keçirilir. Elmi-kütlevi tedbirler teşkil olunur. Men gelecekde bu güşeni daha da genişlendirmek niyyetindeyem". Çıxışı zamanı universitetin müxtelif fenler üzre aldığı medallara diqqet çeken direktor müessiseni dünyanın en aparıcı tehsil ocaqları ile müqayise edib: "Men burada beynelxalq standartlara uyğun seviyyede tedris aparıldığının şahidi oldum".

Seminarın sonunda İ.Serageldine Qafqaz Universitetinin fexri plaketi teqdim edilib.
www.525.az

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF