“Gülüstan” jurnalı çıxdı

Əziz oxucular!

Sizə “Gülüstan” jurnalında yeni, çox maraqlı və müxtəlif mövzuları özündə əks etdirən ədəbi simaların əsərlərini, məqalələrini, gənc tədqiqatçıların qələmlərindən süzülən yazıları təqdim edirik. Jurnalımızda bədii, tərbiyəvi, mənəvi, bir sözlə ətrafımızda baş verən hadisələrin ümumi xarakteristikasını, insanın bir fərd olaraq bu hadisələrə münasibətini, baş vermiş hadisələri ağıl süzgəcindən keçirərək əldə edilən nəticələri, bu hadisələrin insan həyatına mənfi və ya müsbət təsirini və bunlardan çıxış yollarının tapılmasını və s. bu səpkidə olan mövzuları özündə əks etdirən məqalələr toplanmışdır.
İnsan ömrü eniş və yoxuşlardan ibarətdir. Bu eniş - yoxuşları aşabilmək üçün insana əzm, cəsarət, inam və ən başlıcası isə iradə lazımdır. Gör-götür dünyamızda insan ətra fında cərəyan edən hadisələrdən müsbət nəticələr cıxararaq yaxşı şeyləri həyatının bir parçası halına gətirməli, pis şeylərdən də bacardıqca uzaqlaşmalıdır. İnsanın ən böyük düşməni olan
cəhalət çox zaman insanı bu cür hadisələr qarşısında aciz vəziyyətə salır. Cəhalətdən qurtulmağın yollarından biri də maariflənməkdir.
Yuxarıda qeyd etdiyimiz kimi keşməkeşli, enişli-yoxuşlu, bəzən sevincli, bəzən kədərli, bəzən də sevinclə kədərin bir arada yaşandığı, amma mənalı, xoşbəxt, ümid dolu ömür yoluna sahib insanoğlu bu rəngarəng həyatda ona yol göstərəcək birinə və ya bir sözə, bir kəlməyə ehtiyac duyur.
Problemlər dənizində boğulan dünyamızda ortaya cıxan bir sıra xoşa gəlməz hallar və həyatla bağlı cətinliklər birinci növbədə insan həyatına öz mənfi və ya müsbət təsirini göstərməkdədir. Əlbəttə, belə hallarda bir-birimizə dəstək olmak, birlikdə bu çətinliklərdən çıxış yollarını tapmaq bir insan olaraq hamımızın borcudur. Atalar yaxşı deyib: “Tək əldən səs çıxmaz”, “Güc birlikdədir”.
Məqsədimiz; birlikdə, bir yerdə, paylaşaraq və yardımlaşaraq öhdəsindən gələ bilmədiyiniz məsələlərdə sizlərə yardım göstərməkdir. Ümid edirik ki, bu jurnaldakı məqalələrin sizə çox faydası olacaq.
Hamıya məlumdur ki, “Gülüstan” sözünün mənası güllük, çiçəklik deməkdir. Bu mənadan yola çıxaraq həyatınızın gülüstana dönməsini diləyirik.
TƏSİSÇİDƏN
http://www.cag.edu.az/

Gülüstan” jurnalının PDF formatı üçün


Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF