7 Haziran 2008 Cumartesi

“Qafqaz” eyni zamanda iki diplom veren MBA proqramının icrasına başladı

2008-ci ilin sentyabr ayından etibaren Qafqaz Universitetinin MBA proqramına daxil olmaqla bir ixtisas üzre eyni zamanda iki diplom almaq mümkün olacaq.
2008-ci ilin sentyabr ayından etibaren Qafqaz Universitetinin MBA (Master of Business Administration - biznes sahesinde müasir magistratura proqramı) proqramına daxil olmaqla bir ixtisas üzre eyni zamanda iki diplom almaq mümkün olacaq. Bu, Qafqaz Universiteti ile ABŞ-ın Troy Universiteti arasında imzalanmış müqavile esasında baş tutacaq. Aprel ayının 15-de Tehsil Nazirliyinde imzalanmış bu müqavileye esasen, adıçekilen universitetlerden birinin MBA proqramına daxil olan telebe bu ali mekteblerin her birinde bir il oxumaqla her iki universitetin diplomunu alacaq.
Qafqaz Universitetinin MBA kafedrasının müdiri dr. Selim Özdemirin qezetimize verdiyi melumata göre, iki diplom almaq isteyen telebeler iki şerte emel etmelidirler: “Bunun üçün telebeler evvela TQDK terefinden keçirilen imtahanda iştirak ederek “Qafqaz”ın MBA proqramına qebul olunmalıdırlar. İkincisi ise onlar TOEFL pBT 525, iBT 70 ve ya İELTS 6.0 balına sahib olmalıdırlar”. Bu müqavileden faydalanmaq isteyenlere güzeştler de tetbiq edilecek: “ABŞ-da ecnebi telebelerden ikiqat tehsil haqqı teleb olunur. Bu müqavileye göre ise Qafqaz Universitetinin MBA proqramının iştirakçısı “Troy”da tehsil almaq hüququ qazansa, tehsil haqqı meselesinde ona yerli telebe statusu verilecek ve ödenişlerde 50 faiz güzeşt tetbiq olunacaq”.İxtisasından asılı olmayaraq, bakalavrı bitiren bütün şexsler MBA proqramında iştirak ede bilerler
S. Özdemir bu proqramın Maliyye ve kredit, Biznesin teşkili ve idareedilmesi, General management ve Finance (son ikisi ingilisce) ixtisaslarını ehate etdiyini söyleyib. MBA proqramının üstünlüklerinden danışan kafedra müdiri: “Bu proqram telebelere her gün inkişaf ederek yenileşmekde olan biznes alemi haqqında en yeni ve en praktik bilikleri verir. Bundan elave, MBA derecesi müasir iş dünyasında “yaşıl işıq” demekdir. Onun diger üstün ceheti ise istenilen ixtisas sahesinden mezun olan şexslerin bu proqrama sened vere bilmeleridir. Halbuki ümumi magistratura pillesine sened vermek isteyen telebeler yalnız öz ixtisaslarına uyğun saheni seçe bilerler. MBA proqramında bir şexsin birden artıq ixtisas seçmek hüququ da var”, - deyib.
İşleyen telebeler üçün ekskluziv şerait hazırlanır
Qafqaz Universiteti bakalavr pillesini bitiren telebelerin işlemek ehtimalını de nezere alaraq, onların veziyyetlerine uyğun imkanlar teqdim edir. S. Özdemirin sözlerine göre, MBA proqramında ders saatları işleyen telebelerin derslerde mütemadi iştirakını temin etmek üçün şenbe günlerine ve hefte içi günlerin axşam saatlarına teyin olunur. “Biznesin teşkili ve idare edilmesi, elece de ona yaxın ixtisaslardan mezun olan telebeler her semestrde 3 fenn olmaqla 4 semestrde MBA tehsillerini başa vura bilecekler. Diger ixtisaslardan mezun olanlar üçün ise ilk semestrde 5 ferq imtahanı nezerde tutulub”, - deye o elave edib.
MBA proqramının diger magistr proqramlarından ferqlerinden biri de ilin sonunda mezun olanlardan her hansı diplom işinin teleb edilmemesidir. Tedris olunan derslerden müveffeqiyyetle keçmiş telebeler mezun olmaq hüququ elde edirler.Bu proqramın ödenişli olduğunu ve iki il müddetine nezerde tutulduğunu deyen S. Özdemir tehsil haqqının ödenilmesi üçün telebelere hisse-hisse ödemek imkanı verildiyini de söyleyib.
Dersler en müasir şeraitde keçirilir
Kafedra müdirinin sözlerine göre, dersler en müasir avadanlıqlarla techiz olunmuş geniş auditoriyalarda keçirilir: “Azerbaycan ve ingilis dillerinde keçirilen dersler interaktiv şekilde bütün telebelerin aktiv iştirak ede bileceyi qrup çalışmaları çerçivesinde teşkil olunur. Burada telebeler kompyuter laboratoriyaları ve elektronik kitabxana sayesinde araşdırma aparmaq imkanı elde edirler. Bundan elave professorlar ve iş dünyasının tecrübeli menecerleri terefinden seminarlar da teşkil olunur”.
S. Özdemir onu da elave edib ki, MBA proqramına qebul prosesi diger magistratura proqramları ile eyni vaxtda başlayır ve qebul imtahanları da eyni günde keçirlirilir: “Bu da TQDK terefinden müeyyenleşdirilir”.
Natiq Penahlı