Sənaye ili”ndə qarşıya qoyduğumuz başlıca hədəf gənclər arasında təşəbbüskar yanaşmanı təşviq etməkdir
İsa Qasımov: “Sənaye ili”ndə qarşıya qoyduğumuz başlıca hədəf gənclər arasında təşəbbüskar yanaşmanı təşviq etməkdir” “Sənaye ili” ilə bağlı olaraq müsahibimiz Qafqaz Universiteti Texnoparkının rəhbəri İsa Qasımovdur. -Texnoparkınızın hazırkı fəaliyyəti nə yerdədir? - Təqribən bir il əvvəl təsis edilmiş Qafqaz Universiteti Texnoparkı hazırda formalaşdırmağa davam etdiyi ekosistemdə universitet-sənaye əməkdaşlığının səmərəliliyini artırmaqdadır. Bununla da, QUTexnoparkının fəaliyyəti istər kadr hazırlığı işində, istərsə də sosial-iqtisadi inkişafa səbəb olan elmi tədqiqatların aparılması ilə sahibkarlığın inkişafı, eləcə də şirkətlərlə əməkdaşlığın daha da genişlənməsi yönündə səmərəlidir. Hazırda texnopark Qafqaz Universitetində xüsusi ayrılmış 1000 m2-ə yaxın ərazidə müxtəlif şirkətlərə ayrılmış ofislərdə 10-dan çox layihənin inkişafına dəstək verir. Bu prosesdə şirkə...