Kayıtlar

AVRORA GROUP dan tələbələrimizə gözəl bir təklif.

Resim
Qida sahəsində tanınmış şirkətlərdən sayılan Avrora Şirkətinin şöbə müdiri Oğuz Heydərov Yüksək yerli vakansiyalara tələbə və məzun qəbul etmək üçün qonağımız oldu. Şirkət keçən il universitetimizdən 8 tələbə alıb ödənişli təcrübə keçib sonda işlə təmin etmişdir. Bu il keçirilən görüşdə isə şirkət tərəfindən 10 vakansiya təqdim olundu və 23 tələbə və məzun ilə görüşüldü. Görüşdə iştirak edən tələbə və məzunlardan- 7-si məzun, 7 tələbə Pedaqoji, 9 tələbə isə Sənaye Mühəndisi Fakultəsində təhsil alan tələbələr idi. Qeyd edək ki, “Avrora” firması 13 aprel 2000-ci il tarixindən etibarən Azərbaycanda-Bakıda fəaliyyətə başlamışdır. Öz istehsal sahələrində istehsal edilən məhsulları, həmçinin distribyutorluğunu etdiyi şirkətlərin məhsullarını marketlərə və istehlakçılara çatdıran “AVRORA” firması qısa müddət ərzində dövrün tələblərinə uyğun müasir texnologiya ilə təchiz olunmuş geniş ticarət şəbəkəsi qurmuşdur. http://www.qu.edu.az/az/news/AVRORA-GROUP-dan-t%C9%99l%C9%99b%C9%99l%C9...

Sənayenin İnkşafına dair Dövlət Proqramı

Resim
Məşğulluq və təhsil barəsində bir sıra təkliflər Birləşmiş Millətlər Sənaye İnkişafı Təşkilatının (UNIDO), 2013-cü il hesabatı Məşğulluğun Dayanıqlı Artımı və emalat sənayesi sektorunun bu sahədəki rolunu əks etdirən bir sərlövhə ilə hazırlanmışdır. Hesabatda qeyd edilən statistiki göstərici, 1970 - 2009 illəri ərzində, emalat sənayesində məşğulluğun, illik 1,6 faiz artaraq bütün dünyada 388 milyona çatdığını ifadə edir. Sənaye ilə əlaqəli xidmətlər sektorunda meydana gətirilən məşğulluqla, bu sayı 2009-cu ildə 470 milyon olmuşdur ki, bu da bütün dünyada iqtisadi fəal olan 2,9 milyard əmək qüvvəsinin 16 faizinə bərabərdir. 2014-cü ilin “Sənaye ili” elan edilməsi ( http://www.president.az/articles/10793 ) ilə bağlı Tədbirlər planında (http://www.president.az/articles/11178 ) Gəncə və Mingəçevirdə sənaye parklarının yaradılması haqqında təkliflərin hazırlanması barəsində Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 12 mart tarixində elan etdiyi Sərəncama bu prizmadan yanaşmaq vac...

YTP-nin Biznes İnkubasiya Mərkəzində fəaliyyət göstərən “Bayquş” layihəsi Seulda təqdim olunacaq

Resim
Cari ilin 3-14 noyabr tarixlərində Koreyanın Seul şəhərində "İdeya, ixtira, innovasiya və əqli mülkiyyət üzrə Beynəlxalq Təhsil Proqramı – Toxum layihəsi 2014" adlı tədbir keçiriləcək. Ümumdünya Əqli Mülkiyyət Təşkilatının təşkil etdiyi tədbirdə Azərbaycan layihəsi də təqdim olunacaq. Belə ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində yaradılan "Yüksək Texnologiyalar Parkı - YT Park" MMC-nin dəstəyi ilə sözügedən tədbirdə ölkəmizi YTP-nin Biznes İnkubasiya Mərkəzində fəaliyyət göstərən "Bayquş" layihəsinin rəhbəri Təmleyxa Piriyev təmsil edəcək. Qeyd edək ki, azərbaycanlı mühəndislərin hazırladığı "Bayquş" adlı kiçik həcmli təyyarə 80 dəqiqə havada qala bilir. Xüsusi optimizasiyalar ilə olan "Bayquş"un, eyni zamanda 3D xəritə çıxartma funksiyaları da var. Hələlik yerli investor tapa bilməyən layihə xarici investorlar tərəfindən diqqətdə saxlanılır. Həq...

“Çoxlu Türkiyə və Azərbaycan bələdiyyələrinin qardaş elan olunmasına nail olmuşuq”

Resim
Səbuhi Yusifov: “Mərkəzimizin nəzdində böyük bir kitabxana açmağı planlaşdırırıq” Qafqaz Universitetinin ilk tədqiqat mərkəzlərindən biri olaraq 1998-ci ildən fəaliyyət göstərən Dövlət və Bələdiyyə İdarəçiliyi Tədqiqatları Mərkəzinin sədri Səbuhi Yusifov mərkəzin fəaliyyət istiqamətləri ilə bağlı suallarımızı belə cavablandırdı. - Səbuhi müəllim, Mərkəzin fəaliyyəti ilə yaxından tanış olmaq istərdik. - Qafqaz Universitetində bir çox elmi tədqiqat mərkəzi fəaliyyət göstərir. Bunlardan biri də universitetdə Bələdiyyə Tədqiqatları Mərkəzi adı ilə fəaliyyətə başlayıb, sonralar isə adı dəyişərək Dövlət və Bələdiyyə İdarəçiliyi Tədqiqatları Mərkəzi kimi fəaliyyətini davam etdirən tədqiqat mərkəzidir. Mərkəzin qurulmasındakı məqsəd, yerli özünüidarəetmə, bələdiyyə sahəsində araşdırma aparmaq, dünya ölkələrinin yerli özünüidarəetmə sahəsindəki təcrübələrini araşdırmaq, Azərbaycanda bələdiyyələrin inkişafına elmi töhfələr vermək və tövsiyyələr hazırlamaq, eyni zamanda bələdiyyə idarəçiliyi sah...

AMİ ilə Qafqaz Universiteti arasında Anlaşma Memorandumu imzalanıb

Resim
Oktyabrın 24-də Azərbaycan Müəllimlər İnstitutu ilə Qafqaz Universiteti arasında Anlaşma Memorandumu imzalanıb. Azərbaycan Müəllimlər İnstitutunda baş tutmuş imzalama mərasimində Qafqaz Universitetinin rektoru professor Əhməd Sanıç və Azərbaycan Müəllimlər İnstitutunun rektoru professor Aqiyə Naxçıvanlı, eləcə də hər iki ali məktəbin nümayəndələri iştirak ediblər. Anlaşma Memorandumunda hər iki ali məktəb arasında təcrübə mübadiləsi, birgə təlimlərin təşkil edilməsi, müasir təhsilin problemlərinə həsr olunmuş respublika və beynəlxalq konfransların keçirilməsi nəzərdə tutulub. Azərbaycan Müəllimlər İnstitutuna ixtisasartırma təhsilinə gələn pedaqoji işçilərin təcrübə və nəzəri təlimlərini Qafqaz Universitetində pedaqoji fakültədə təhsil alanlarla birgə təşkil etmək və s. məsələlər Anlaşma Memorandumunda öz əksini tapıb. Eyni zamanda universitetdə və institutda psixoloji xidmətin təşkilində birgə iştirak, müəllim inkişafı, yeni təlim metodları sahəsində təcrübə mübadiləsi, qarşılıq...

Azərbaycanda hüquqi dövlət quruculuğunun aktual məsələləri ilə bağlı konfrans başlayıb

Resim
AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda “Azərbaycanda hüquqi dövlət quruculuğunun aktual problemləri: fəlsəfi, sosioloji və hüquqi təhlil və proqnazlaşdırılma” mövzusunda beynəlxalq elmi konfrans başlayıb. Tədbirdə azərbaycanlı alimlərlə yanaşı, türkiyəli tədqiqatçılar da iştirak edirlər. Fəlsəfə və Hüquq İnstitutu, Qafqaz Universiteti və Türkiyənin Melikşah Universitetinin təşkilatçılığı ilə keçirilən konfrasda çıxış edən AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadə bildirib ki, məqsəd hüquqi dövlətin müasir şəraitdə inkişafına elmi dəstək olmaqdır. Direktor qeyd edib ki, müasir dövrdə demokratik dövlət quruculuğunun inkişafı dünya hüquq məkanına inteqrasiyadan, mütərəqqi və çevik hüquqi mexanizmlərin yaradılması və tətbiqindən bilavasitə asılıdır. Müstəqillik illərində ölkəmizin hüquq sistemi demokratik prinsiplər əsasında tamamilə yenidən qurulub. Qafqaz Universitetinin rektoru Əhməd Sanıç Azərbaycanda həyata keçirilən təhsil islahatlarından danışıb. Vurğulay...

Polimer Məmulatları Zavodu ilə Görüş

Resim
Karyera Planlama Mərkəzinin təşkilatçılığı ilə universitet nümayəndələrimiz ilə Polimer Məmulatları Zavodunun direktoru İntiqam Əliyev arasında görüş keçirilib. Görüş zamanı tələbə və məzunlarımızın bu şirkətdə təcrübə imkanları, şirkət nümayəndələrinin universitetimizdə Master Classe keçmələri, yarımştat və tamştat işlə təmin olunmaları, şirkət gəzintilərinin təşkili və universitetimiz ilə şirkət arasında əlaqələrin inkişafı yolları müzakirə olunub. Qeyd edək ki, Polimer Məmulatları Zavodu təyinatına görə müxtəlif məhsullar istehsal edən iki istehsal sahəsindən ibarətdir. İntiqam Əliyev zavodun ikinci istehsal sahəsi ilə bizi tanış edərək bildirdi ki, burada ev daxili kanalizasiya boruları, 20 atmosfer təzyiqinə dözən isti və soyuq su boruları, drenaj boruları, telefon, elektrik enerjisi xətlərinin mühafizəsi üçün kommunikasiya boruları və aksesuarları (dirsəklər, keçidlər və s.) istehsal olunur. Xırda diametrli su boruları, kompozit borular və aksesuarlar “STP” ticarət nişanı il...