Bakıda beynəlxalq İKT konfransı keçirilir
Dünən Qafqaz Universitetinin təşəbbüsü ilə keçirilən “AİCT-2013” 7-ci Beynəlxalq İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) Konfransı Bakı Dövlət Universitetində öz işinə başlayıb. Konfransda Amerika və Avropa ölkələrinin, həmçinin Türkiyə, Cənubi Koreya, Rusiya, Ukrayna və Azərbaycan alimləri iştirak ediblər. Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov konfrans iştirakçılarını salamlayıb və İT-nin indiki dövrdə daha sürətlə inkişaf etdiyini, Azərbaycanda bu sahəyə olan dövlət dəstəyindən danışıb. Təşkilatçılardan danışan akademik Abel Məhərrəmov nazirliklərə, sponsorlara və xüsusən Qafqaz Universitetinin rektoru professor, Ahmet Saniçə təşəkkürünü bildirib. Təhsil Nazirliyinin nümayəndəsi Samir Məmmədov təhsil müəsisələrində İKT-nin tətbiqindən danışıb. Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin nümayəndəsi İsfəndiyar Əliyev ölkəmizin 70 faizinin internet istifadəçisi olmasını hər yüz nəfərə yüz on telefon düşdüyünü, 3...