Kayıtlar

I Tәrcümә Festivalınının final mərhələsinə keçmiş tələbələr

Resim
I Tәrcümә Festivalınının İngilis- Azərbaycan dilləri nominasiyası üzrə müsabiqәsinin final mәrhәlәsindә iştirak etmәk hüququ qazanmış tәlәbәlәrin siyahısı. ATGTİ adından hәr birinizi tәbrik edirik 1. Aydan Talıbzadə - Azərbaycan Dillər Universiteti 2. Cavanşir Kazımov – Azərbaycan Dövlət Pedaqoji Universiteti 3. Coşqun Qarayev – Bakı Dövlət Universiteti 4. Elnur Əliyev – Qafqaz Universiteti 5. Elnurə Babayeva – Azərbaycan Dövlət Neft Akademiyası 6. Fərid Hüseynli – Qafqaz Universiteti 7. Günay Miriyeva – Azərbaycan Dövlət İqtisad Universiteti 8. Günay Mirzəyeva – Azərbaycan Dillər Universiteti 9. Kamran Xıdırzadə - Bakı Biznez Universiteti 10. Leyla Alməmmədova -  Azərbaycan Dillər Universiteti 11. Murad Həmidov – Azərbaycan Dövlət İqtisad Universiteti 12. Nərmin Məmmədova – Azərbaycan Dillər Universiteti 13. Nərmin Qasımzadə - Azərbaycan Dillər Universiteti 14. Rəhmiyə Hüseynova – Azərbaycan Dillər Universiteti 15. Səbinə Yaqublu – Bakı Slavyan ...

“MİRAS” beynəlxalq simpozium keçirir

Resim
İyunun 27-də Bakıda VII Beynəlxalq Türk Mədəniyyəti, İncəsənəti və Mədəni İrsin Mühafizəsi Simpoziumu öz işinə başlayıb. Qafqaz Universitetində artıq simpoziumun açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycanla yanaşı, Türkiyə, Makedoniya, Rusiya, İtaliya, Koreya və digər ölkələrdən gələn iştirakçılar qatılıb. Həmçinin maraqlı rəsm və əl işlərindən ibarət sərginin açılışı da olub. Tədbiri giriş sözü ilə açan “MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin rəhbəri Fariz Xəlilli iştirakçıları salamladı. O, simpoziumun tarixindən və əhəmiyyətindən danışdı. Həmçinin bildirdi ki, tədbirdə çoxsaylı alimlər iştirak edir və 150-dən artıq məruzə dinləniləcək. “MİRAS”ın Türkiyə təmsilçisi Ahmet Aytaç da türk xalqlarının mədəni irsinin mühafizəsinin əhəmiyyətindən danışıb. AMEA-nın müxbir üzvü Vəli Əliyev isə çıxışında bildirib ki, bəşəriyyətin sivilizasiyasının bütövrəsini, əsasını türk sivilizasiyası təşkil edir. O, həmçinin ermənilərin Dağlıq Qarabağda mədəni irsimizi m...

Bakıda VII Beynəlxalq türk mədəniyyəti, incəsənəti və mədəni irsin mühafizəsi simpoziumu işə başlamışdır

Resim
İyunun 27-də Qafqaz Universitetində VII Beynəlxalq türk mədəniyyəti, incəsənəti və mədəni irsin mühafizəsi simpoziumu işə başlamışdır. AzərTAc xəbər verir ki, türk dünyasının öndəri, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş simpozium "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Qafqaz Universitetinin Qafqaz Araşdırmaları İnstitutu, Türkiyənin Səlcuq Universiteti və Türk Əl Sənətləri Araşdırma və Tətbiqetmə Mərkəzi tərəfindən təşkil olunmuşdur. Azərbaycan, Türkiyə və digər ölkələrdən olan alim və mütəxəssislərin iştirak etdikləri beynəlxalq tədbir türk dünyasında mədəni irsin araşdırılması, qorunması, təbliği, zəngin türk mədəniyyəti, incəsənəti, türk tarix və ədəbiyyatının dəyərləndirilməsi, türkdilli ölkələrdə mədəni və arxeoloji turizmin təbliği və digər mövzuları əhatə edir. Əvvəlki simpoziumlar Türkiyə, Misir, İspaniya və İtaliyada keçirilmişdir. Beynəlxalq simpozium iyunun 29-da başa çatacaqdır. http://www.topnews.az/news/3...

Qafqaz Universitetinin əməkdaşı EconAnadolu 2013 beynəlxalq konfransında Azərbaycanı təmsil etmişdir.

Resim
   19-21 iyun tarixləri arasında tələbə sayına görə dünyanın ikinci ən böyük universiteti olan Anadolu Universitetində iki ildən bir keçirilən EnonAnadolu konfransının üçüncüsü keçirilmişdir.Konfransda 20 dən çox ölkədən üçyüzə yaxın elm adamı iştirak etmişdir.İştirakçılar arasında dünyanın bir çox məşhur iqtisadçıların olduğu konfransda Azərbaycanı Qafqaz Universitetinin Maliyyə kafedrasının əməkdaşı Elçin Süleymanov təmsil etmişdir. Konfransın təşkilat komitəsinin xüsusi dəvəti ilə konfransda iştirak edən əməkdaşımız“Azərbaycanın Türkiyənin enerji sektorundakı investisyalarının Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığına təsiri” mövzusundakı tədqiqatı ilə çıxış etmişdir. Bu il konfransın keçirildiyi Eskişeherin Türk Dünyası Mədəniyyət Paytaxtı olması dolayısıyla konfransda Türk Dünyası paneli nəzərdə tutulmuş və bu paneldə Azərbaycan, Qazaxıstan , Qırgızıstan və Türkiyədən hər ölkəyi təmsilən bir məruzə nəzərdə tutulmuşdur.Bu paneldə çıxış edən Elçin Süleymanovun təqdimatı k...

T.C –nin Ondokuz Mayıs Universitetinin 41 nəfərlik Türk Sənət Musiqi Qrupu Azərbaycanda Yaşıl teatrda konsert verecək .

Resim
Türkiyə Cumhuriyyəti Bakı Böyükelçiliyinin Mədəniyyət və Tanıtma Müşavirliyi,  Azərbaycan Respublikası Dövlət Neft şirkəti (SOCAR), Türkiyə Cumhuriyyəti Ondokuz Mayıs Universiteti və Qafqaz Universitetinin birgə təşkilatçılığı ilə ”Musiqi Festivalı “keçiriləcək. T.C –nin Ondokuz Mayıs Universitetinin 41 nəfərdən ibarət xor qrupu, Türk Sənət Musiqisinin  görkəmli  bəstəkarlarının  seçilmiş əsərlərindən ibarət konsert  proqramı ilə çıxış edəcək. Qeyd edək ki, konsert Metin Solmazın rəhbərliyi ilə keçiriləcək. Tədbirdə  Türkiyə Cumhuriyyəti dövlət sənətçiləri də iştirak edəcəklər. İki hissədən ibarət konsertdə  23 xalq mahnısı səsləndiriləcək. Ondokuz Mayıs Universiteti 1975-ci ildə qurulmuş  dövlət universitetidir. Universitetin mərkəzi Türkiyənin dilbər guşələrindən sayılan   Samsun şəhərində  yerləşir. 41 nəfərdən ibarət olan heyyət 3 gün Azərbaycanın müxəlif  tarixi abidələrini ziyarət edəcəklər.

Türkiyənin Türk Sənət Musiqi Qrupu Azərbaycanda konsert verecək

Resim
Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir İ.İsabalayeva/ Türkiyə Cumhuriyyətinin Ondokuz Mayıs Universitetinin 41 nəfərlik Türk Sənət Musiqi Qrupu Azərbaycanda Yaşıl teatrda konsert verecək . Qafqaz Universitetindən Trend-ə verilən məlumata görə, iyunun 26-da Türkiyə Cumhuriyyəti Bakı Böyükelçiliyinin Mədəniyyət və Tanıtma Müşavirliyi, Azərbaycan Respublikası Dövlət Neft şirkəti (SOKAR), Türkiyə Cumhuriyyəti Ondokuz Mayıs Universiteti və Qafqaz Universitetinin birgə təşkilatçılığı ilə "Musiqi Festivalı "keçiriləcək. Ondokuz Mayıs Universitetinin 41 nəfərdən ibarət xor qrupu Türk Sənət Musiqisinin görkəmli bəstəkarlarının seçilmiş əsərlərindən ibarət konsert proqramı ilə çıxış edəcək. Konsert Metin Solmazın rəhbərliyi ilə keçiriləcək. Tədbirdə Türkiyə Cumhuriyyəti dövlət sənətçiləri də iştirak edəcəklər. İki hissədən ibarət konsertdə 23 xalq mahnısı səsləndiriləcək. Ondokuz Mayıs Universiteti 1975-ci ildə qurulmuş dövlət universitetidir. Universitetin mərkəzi Türkiyən...

Yaşıl teatrda konsert keçiriləcək

Resim
Leyla Məhərrəmoova/AZADİNFORM. İyunun 26-da Yaşıl Teatrda “Musiqi Teatrı” konserti keçiriləcək. “Azadinform” xəbər verir ki, konsert Türkiyə Cümhuriyyəti Bakı Böyükelçiliyi Kültür və Tanıtma Müşavirliyi,   Dövlət Neft Şirkəti( SOCAR), Ondoqquz Mayıs Universiteti və Qafqaz Universiteti tərəfindən təşkil ediləcək http://www.azadinform.az/news/a-47394.html