Müasir Azərbaycan təhsilində yeni informasiya texnologiyalarının tətbiqinə üstünlük verilir
Bu mənada "Çağ" Öyrətim İşlətmələri Şirkəti ön sıralardadır Sürətlə inkişaf edən, güclənən Azərbaycan Respublikası hər sahədə böyük uğurlar əldə edir. Cənubi Qafqazın lider dövləti olan respublikamızda təhsil sahəsində də nəzərəçarpacaq irəliləyişlər əldə olunmuşdur. Sevindirici haldır ki, qardaş ölkə Türkiyədən gələn fədakar insanlar tərəfindən qurulan "Çağ" Öyrətim İşlətmələri Şirkəti də təhsildə əldə olunan uğurlara öz töhfəsini verməkdədir. Şirkətin nəzdində fəaliyyət göstərən Azərbaycan - Türkiyə Özəl Liseyləri bu mənada diqqətləri üzərinə cəlb edir. Sentyabrın 25-də Bakı Özəl Türk Liseyində keçirilən tədbirdə təhsildə böyük irəliləyişlərə zəmin yaradacaq növbəti yeniliklər barədə ətraflı söhbət açıldı. Tədbirdə çıxış edən Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Mesut Kurnaz bildirdi ki, təmsil etdiyi qurumun bütün müəssisələrində şagirdlərin dərsi qavrama fəallığını daha da artırmağa imkan verəcək interaktiv elektron lövhələri...