Kayıtlar

Türk koleji mezunu Ferrari tasarladı

Resim
Dünyanın 50 farklı tasarım okulundan öğrenciler, geleceğin Ferrari'sini tasarladı. Güney Koreli öğrencilerin birinci olduğu yarışmada, Gence Türk Koleji mezunu Samir Sadıkhov ikinci oldu. Ferrari'nin Modena şehrindeki yarışmada tasarımcılar, öncelikle iki boyutlu çizimler hazırladı. Alias programı ile üç boyutlu hale getirilen projede Seul Hongik Üniversitesi ekibi birinci oldu. Torino'daki Avrupa Tasarım Üniversitesi'nden mezun olan Azeri Samir Sadıkhov ise 'Xezri' (rüzgar) konseptiyle ikinciliği elde etti. Ödülünü Ferrari Tasarım Direktörü Flavio Manzoni'nin elinden alan Samir Sadıkhov, "Dünya genelinde yarışmaya katılan 900 projeden ilk 20'ye kalmak benim için gurur verici. Finalde ikincilik ödülünü kazanmak ayrı bir gurur kaynağı. Hayallerimi gerçekleştirmek önemli bir başarı." ifadelerini kullandı. Ferrari'den iş teklifi alan Samir Sadıkhov, ağustos ayından itibaren Ferrari'de tasarımcı olarak çalışacağını söyledi. Azerbaycan...

SOCAR Yay Məktəbi 2011 layihəsini elan edir

Resim
ARDNŞ respublikanın enerji sektorunda gənc kadrlara tələbatın yüksək olduğunu nəzərə alaraq, ölkə daxilində və xaricdə təhsil alan tələbə və gənc mütəxxəsislərin enerji sektoruna marağını artırmaq məqsədi ilə növbəti Yay Məktəbi təşkil etmişdir. Yay Məktəbində iştirak etmək istəyən tələbələr Azərbaycan vətəndaşı olmalı, ölkə daxilində və ya xaricdə bakalavr (2,3,4-cü kurs) və magistr pillələrində Avtomatika və İKT, Boru kəmərləri, Ekologiya, Energetika, Geoloji kəşfiyyat, Hüquq, Qaz-neft-mədən, Qazma, İqtisadiyyat, Kimya-texnologiyası, Neft-mexanika və İnsan resurslarının idarəedilməsi ixtisasları üzrə təhsil almalı, təhsil aldığı müddətdə həmin tələbənin üçdən çox “kafi” qiyməti olmamalıdır. Xarici ölkələrdə təhsil alan tələbələr üçün qiymətlərin ümumi ortalaması (GPA) 2,5-dən az olmamalıdır. ARDNŞ-nin fəalliyət göstərdiyi enerji sektorunun bütün sahələrini - neft-qaz yataqlarının geologiya-geofizikası, quyuların qazılması, neft-qaz hasilatı, nəqli və saxlanması, neft-qaz emalı və nef...

Azərbaycana düşən pay Beynəlxalq türk dili olimpiadalarından

Resim
Artıq Azərbaycanın da 5 qitə üzərində 130-dan artıq ölkə və daha artıq sayda millətə məhz bu dildə öz gerçəklərini anlatmaq imkanı var. Məhz bu imkandan Azərbaycanın diaspor fəaliyyətlərində məqsədyönlü istifadə edərək, daha böyük nailiyyətlər əldə etmək, haqq səsimizi dünyaya daha yüksəkdən duyurmaq mümkündür.   Ötən  ayın ən yaddaqalan hadisələrindən biri də, heç şübhəsiz ki, Türkiyədə keçirilən IX Beynəlxalq Türk Dili Olimpiadası oldu. Bu böyük tədbirin əhəmiyyəti hansısa yarış və ya müsabiqədən qat-qat artıq idi. Çünki sözügedən olimpiada dünyanın beş qitəsindən olan ölkələr arasında əsl mədəniyyət və dialoq körpüsü qurmağa xidmət edir. 130 iştirakçı ölkə arasında Azərbaycan da layiqincə təmsil olunurdu. Elə bu olimpiadadan ölkəmizin payına düşən töhfə də kifayət qədər böyük idi. Sadəcə, ona görə yox ki, ölkəmiz bu yarışda layiqincə təmsil olundu və bir neçə mükafat əldə etdi. Həm də ona görə ki, bu yarışın timsalında dünyanı qucaqlayan,...

IX Beynəlxalq Türk Dili Olimpiadasının nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirilib

Resim
İyulun 1-də Bakı Özəl Türk Liseyinin konfrans zalında, ötən ayın 15-dən 30- dək Türkiyədə keçirilmiş IX Beynəlxalq Türk Dili Olimpiadasının nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirilib. Konfransı giriş sözü ilə açan Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi, Türkcə Olimpiadası Respublika Təşkilat Komitəsinin Sədri Arif Gömleksiz bildirib ki, adı çəkilən olimpiadada dünyanın 130 ölkəsindən 15 minə yaxın məktəblilər arasından seçilmiş min şagird,qonaq sifəti ilə çox sayda valideyn və müəllim iştirak edib. Şagirdlər burada mahnı, şeir, rəqs və başqa 15 müxtəlif kateqoriyalarda öz qabiliyyətlərini nümayiş etdiriblər. Bu olimpiadanın keçirilməsi təkcə Türk dilinin təbliğinə deyil, eyni zamanda dünyanın dörd bir yanında yaşayan insanlar arasında sevgi, sülh və dostluğun artırılmasına, xalqların biri-birini daha yaxından tanımasına xidmət edir. Bu ilki olimpiadaya Yunis Əmrənin məşhur “Gəlin tanış olaq” şüarı seçilmişdi. Bu isə millətimizi daha yaxından tanış etmək m...

Şagirdlər Azərbaycana medallarla qayıtdılar

Resim
İyunun 19-24 də Kipr Respublikasının Larnaka şəhərində 15-ci Beynəlxalq Junior (Gənc) Balkan Riyaziyyat olimpiadası keçirilib. Bu mötəbər olimpiadada Azərbaycan-Türkiyə Özəl liseylərinin IX sinifi bitirmiş 3 şagirdi, uğurla iştirak ediblər. Belə ki, Lənkəran, Bakı və Mingəçevir Özəl Türk Liseylərinin IX sinif şagirdləri Süleyman Həsənzadə gümüş, Elvin Ələkbərzadə və İzmir Əliyev bürünc medallar əldə edərək Azərbaycana qayıdıblar. www.cag.edu.az

“Qafqaz”da jurnalistika problemləri müzakirə edildi

Resim
Qafqaz Universitetində “Jurnalistika təhsilinin aktual problemləri və həlli yolları” mövzusunda “dəyirmi masa” keçirilib.   Qafqaz Universitetində “Jurnalistika təhsilinin aktual problemləri və həlli yolları” mövzusunda “dəyirmi masa” keçirilib. Tədbir Qafqaz Universiteti və İstanbul Universitetinin Kommunikasiya fakültəsi ilə birgə təşkil edilib. Universitetin rektoru, professor Ahmet Saniç bildirib ki, rəhbərlik etdiyi ali təhsil ocağında ilk dəfə olaraq jurnalistika fakültəsi açılıb və bu ildən fakültədə 20 nəfər tələbə təhsil alacaq. Azərbaycandakı jurnalistikanın mövcud durumundan bəhs edən A. Saniç bildirib ki, hazırda universitetin bu sahədəki problemlərinin aradan qaldırılmasına hansı töhfə verəcəyi müzakirə edilir. BDU-nun Beynəlxalq jurnalistika kafedrasının müdiri Həmid Vəliyev isə qeyd edib ki, Azərbaycanın müstəqilliyindən 20 il ötsə də, jurnalistika tədrisində hələ də keçmiş sovet standartlarından uzaqlaşmaq olmur. Dərslik baxımından ciddi problemlərin olduğun...

İstanbul Universitetinin professor-müəllim heyəti Azərbaycanda səfərdədir

Bakı, 8 iyul (AzərTAc). İyulun 8-də Azərbaycan Mətbuat Şurasında (MŞ) Türkiyənin İstanbul Universitetinin jurnalistika fakültəsinin professor-müəllim heyəti ilə görüş keçirilmişdir.   Şuradan AzərTAc-a bildirmişlər ki, MŞ sədri Əflatun Amaşov rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə qonaqlara məlumat vermişdir. MŞ-nin başlıca missiyasının media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsindən ibarət olduğunu deyən Ə.Amaşov təşkilatın jurnalist kadrların hazırlığı ilə bağlı məsələlərə böyük önəm verdiyini vurğulamışdır.   İstanbul Universitetinin jurnalistika fakültəsinin dekanı, professor Aydemir Okay çalışdığı təhsil müəssisəsində jurnalistikanın tədrisinin xüsusiyyətlərindən söhbət açmışdır. O bildirmişdir ki, Türkiyədə mediaya maraq güclü olduğundan gənclərin də fakültəyə axını yüksəkdir. Türkiyə mediasının xarakterik cəhətlərindən də söz açan A.Akay bəzi problem və çatışmazlıqlardan, onların aradan qaldırılması istiqamətində aparılan işlərd...