Kayıtlar

“Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyasında “İlin ən yaxşıları” müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirilib

Resim
Yanvarın 13-də “Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyasının 15 illiyinə həsr olunmuş gimnaziya şagirdlərinin seçimi əsasında  “İlin ən yaxşıları” mükafatlandırma mərasimi keçirilib. Tədbirdə Azərbaycan Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz iştirak edib. “İlin ən yaxşıları” müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimində “Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyasının müdiri Serhat Aktaş çıxış edərək qonaqları salamlayıb. Onların gəlişi bütün kollektivlərinin hədsiz sevincinə səbəb olduğunu bildirib.Mükafata layiq görülənlərə gələcək işlərində uğurlar arzulaıb. Sonra “İlin ən yaxşıları” mükafatına layiq görülənlər təqdim olunub. İlin ən yaxşı xəbər proqramı aparıcısı mükafatına "Xəzər TV"-nin xəbərlər proqramının aparıcısı Anar Nəcəfov, İTV-nin Mədəniyyət proqramı aparıcısı Saleh Bağırov, "Burc FM" radio proqramı aparıcısı Zaur Kamal, şou proqram aparıcısı Murad Da...

“Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyasında müəllim valideynləri ilə görüş keçirilib

Resim
Yanvarın 9-da “Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyasında çalışan müəllimlərin valideyinləri ilə görüş keçirilib. Görüşdə Azərbaycan Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz, Azərbaycan Respublikası Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini, məşhur şahmatçı Aynur xanım Soviyeva iştirak edib. Tədbirdə A. Gömleksiz və “Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyasın müdiri Serhat Aktaş çıxış edərək müəllim valideynlərini məhs müəllim övlad böyütdüklərinə görə onların simasında bütün müəllim valideynlərinə minnətdarlıqlarını bildiriblər. Müəllim əməyinin əhəmiyyətindən, olduqca məsuliyyətli, şərəfli peşə olmasından danışıblar. Sonra Aynur xanım Sofiyeva və valideynlərdən Elman Məlikov çıxış edərək belə bir görüşü təşkil etdiklərinə və müəllim valideynlərinin əməyini yüksək qiymətləndirdiklərinə görə “Çağ” Öyrətim İşlətmələrinin tədris müəssisələrinə eləcədə “Qafqaz” Az...

“Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyasında görüş

Resim
 “Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyasında pedaqoji elmlər doktoru professor, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin  üzvü Əjdər Ağayevin müəllimlərlə görüşü olub. Qonağı “Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyasının müdiri Serhat Aktaş səmimiyyətlə qarşılayıb. Qonağa rəhbərlik etdiyi təhsil ocağının fəaliyyəti və əldə etdikləri uğurlar barədə ətraflı məlumat verib. Sonra prof. Ə. Ağayev gimnaziyanın sinif otaqları, laboratoriyaları və kitabxanası ilə yaxindan tanış olub. Buradakı tədris prosesindən və şagirdlərin nizam-intizamından razılığını bildirib. Daha sonra gimnaziyanın bir qrup müəllim heyəti ilə görüş keçirib. Görüşdə prof. Əjdər Ağayev müəllifi olduğu “Təməldən əmələ” kitabi haqqında və ailədə valideyn uşaq münasibətləri, bu münasibətlərdə qarşıya çıxan problemlər, onların həlli yolları, ailədə təlim- tərbiyənin düzgün qurulması barədə ətra...

“Ana dilimizi sevək, sevdirək” Müsabiqəsinin Şəki finalı keçirildi

Resim
Dekabr ayının 29-da Şəki Azərbaycan-Türkiyə Özəl Liseyində “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü” nə həsr edilmiş “Ana dilimizi sevək, sevdirək” müsabiqəsinin Şəki finalı  keçirilib. Müsabiqə Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Sonra Şəki Azərbaycan-Türkiyə Özəl Liseyinin müdiri İsmail Özcan çıxış edərək əvvəlcə dilimizi sevən və sevdirən müsabiqə iştirakçılarına uğurlar arzulaıb. Sonra tədbir  haqqında danişaraq bildirib ki, şagirdlərin Ana dilinə böyük sevgi, vətənpərvərlik hisslərini gücləndirmək, milli mənəvi dəyərləri qorumaq məqsədi daşıyan müsabiqəyə Şəki şəhərində fəaliyyət göstərən musiqi və orta ümumtəhsil məktəblərindən də şagirdlər cəlb olunub. Burada məktəblərin 7, 8, 9,10, 11-ci sinif şagirdləri şeir və mahnı, 9,10 və 11-ci sinif şagirdləri isə qrammatika və inşa kateqoriyası üzrə bilik və bacarıqlarını nümayiş etdiriblər. ...

Samux rayon Məhkəməsində görüş

Resim
Yanvarın 13-də Gəncə Azərbaycan-Türkiyə Özəl Liseyinin müdiri Kenan Güzel Samux rayon Məhkəməsinin Sədri Nizami Hümbətovla görüşüb. Görüş zamanı K. Güzel məhkəmə sədrinə rəhbərlik etdikləri tədris müəssisələrinin fəaliyyəti və əldə etdikləri nailiyyətləri barədə ətraflı məlumat verib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi ali məktəblərə qəbul imtahanları zamanı məzunlarının yüksək nəticələr göstərmələrindən, Beynəlxalq Fənn Olimpiadalarında layiqli yerləri tutmalarından söhbət açıb. Bu göstəricilərin daha da yüksəlməsini qarşılarına  məqsəd qoyduqlarını bildiriblər. Sonra Nizami Hümbətov təhsildə əldə etdikləri nailiyyətlərinə görə  “Çağ” Öyrətim İşlətmələri Şirkətinin rəhbərliyi başda olmaqla bütün kollektivinə dərin minnətdarlığını bildirib və təhsilin inkişafındakı yüksək xidmətlərinə görə onlara müvəffəqiyyətlər arzulayıb.

Gəncə Şəhər Prokurorluğunda görüş

Resim
Yanvarın 11-də Gəncə Azərbaycan-Türkiyə Özəl Liseyinin müdiri Kenan Güzel Gəncə Şəhər Prokuroru Adil Vəliyevlə görüşü olub. Səmimi keçən görüş zamanı K. Güzel Prokurora  rəhbərlik etdiyi tədris müəssisələrinin fəaliyyəti və əldə etdikləri nailiyyətləri barədə ətraflı məlumat verib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi ali məktəblərə qəbul imtahanları zamanı məzunlarının yüksək nəticələr göstərmələrindən, Beynəlxalq Fənn Olimpiadalarında layiqli yerləri tutmalarından danışıb. Bu göstəricilərin daha da yüksəlməsini qarşılarına  məqsəd qoyduqlarını bildirib. Sonra Gəncə Şəhər Prokuroru A. Vəliyev Gəncə Azərbaycan-Türkiyə Özəl Liseyinin fəaliyyətindən razı olduğunu deyən A. Vəliyev liseyin məzunlarının uğurları təkcə ali məktəblərə qəbul imtahanlarında deyil, həmdə işlədikləri kollektivlərdə də digərlərinə nümunə olduqlarını dilə gətirib. Azərbaycan-Türkiyə...

Lənkəran Şəhər Məhkəməsinin sədri ilə görüş

Resim
Yanvarın 11-də Lənkəran Şəhər Məhkəməsinin sədri Elçin Kazımov Lənkəran Özəl Türk Liseyinin müdiri Murat Kadifecini və Lənkəran “Araz” Kurslarının müdiri Musa Şükürovu qəbul edib. Səmimi şəraitdə keçən qəbulda LÖTL-nin müdiri M. Kadifeci və Lənkəran “Araz” Kurslarının müdiri M. Şükürov Lənkəran Şəhər Məhkəməsinin sədri E. Kazımova rəhbərlik etdikləri tədris müəssisələrinin fəaliyyəti və əldə etdikləri nailiyyətləri barədə ətraflı məlumat veriblər. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi ali məktəblərə qəbul imtahanları zamanı məzunlarının yüksək nəticələr göstərmələrindən, Beynəlxalq Fənn Olimpiadalarında layiqli yerləri tutmalarından geniş söhbət açıblar. Bu göstəricilərin daha da yüksəlməsini qarşılarına  məqsəd qoyduqlarını bildiriblər.    Lənkəran Şəhər Məhkəməsinin rəhbəri Lənkəran Özəl Türk Liseyinin və “Araz” Kurslarının regionda ən nüfuzlu tədris müəssisələrundən biri olduğunu ...