Kayıtlar

British Council və Qafqaz Universiteti: “FameLab” müsabiqəsini təqdim edir.

Resim
“FameLab” müsabiqəsi Beautiful Science - Gözəl Elm layihəsi çərçivəsində keçirilir. FameLab Şöhrət Laboratoriyası Sizin yaşınız 18-35 arasıdır? Yarışmanın əsas məqsədi elmi sinif otağı çərçivəsindən çıxarıb əyləncəyə çevirmək, eləcə də elm və texnologiyaya böyük həvəsi olan cavanları öz maraqlarını ictimaiyyətlə bölüşməyə ruhlandırmaqdır. Yarışmanın şərtləri: İştirakçılara, münsiflər heyətinə PowerPoint proqramından istifadə etmədən Azərbaycan dilində elmi fikri təqdim etmək üçün cəmi üç dəqiqə vaxt verilir. Yalnız ən yaxşı iştirakçılar növbəti tura keçəcək. İştirak etmək üçün əsas şərtlər: Dəqiq elm, mühəndislik və ya riyaziyyatı sənaye, yaxud iş sahəsinə tətbiq edən şəxslər; Dəqiq elm, mühəndislik və ya riyaziyyat sahəsində mühazirəçilər; Dəqiq elm, riyaziyyat və ya mühəndislik sahəsində oxuyan universitet tələbələri; Tətbiqi elm, texnologiya və ya riyaziyyat sahəsində çalışan insanlar; Artıq mövcud olan tədqiqat və ya meta-tədqiqatlarla məşğul olan tədqiqatçılar; Dəqiq elm, mühəndi...

Qafqaz Universitetində soyqırım qurbanlarının xatirəsi anılıb

Resim
Dünən Qafqaz Universitetində Qaçqın və Məcburi Koçkün Gənclər Təşkilatı, Xocalı Soyqırımını Tanıtma İctimai Birliyi, Qafqaz Universiteti, Gənc Akademiya Klubu, Teatr Dərnəyi və "Çağ" Öyrətim İşlətmələrinin dəstəyi ilə 26 fevral - Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan anım mərasimi keçirilib. Tədbirdə çıxış edən Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanic deyib ki, 1992-ci ildə Ermənistan ordusu və rus hərbi birləşmələri tərəfindən Xocalı sakinlərinə qarşı törədilən soyqırım 20-ci əsrin ən böyük faciəsidir. Xocalı faciəsinin üzərindən 16 il keçməsinə baxmayaraq, Azərbaycan xalqı bu dəhşətli soyqırımı, onun qurbanlarını unutmur və hər il qanlı 26 fevral tarixini böyük hüznlə yad edir: "Xocalı faciəsi Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan xalqına, xocalılara qarşı törədilən qanlı soyqırımdır. Hər bir azərbaycanlı bu soyqırımı unutmamalı və gələcək nəslin hər bir üzvünü bu faciə barədə məlumatlandırmalıdır". Xocalı Soyqırımını Tan...

Karabağ savaşı” təqdim olundu

Resim
Qarabağ mövzusunda yazılmış kitablar sırasına bu günlərdə yeni biri də daxil olub. “Karabağ savaşı” adlı həmin kitab Kafkasya Araştırmaları Enstıtüsü Yayınlarının nəşridir. Srağagün Qafqaz Universitetində bu kitabın təqdimatı keçirilib. Dr.Osman Nuri Aras, Dr.Bilal Dedeyev, Dr.Reha Yılmaz və Dr.Vefaddın İbayevin qələmə aldıqları “Karabağ savaşı” bu günədək bu mövzuda yazılmış kitablardan öz orijinallığı ilə fərqlənir. Belə ki, müəlliflər Qarabağ hadisələrini təkcə təsvir etməklə kifayətlənməyərək, baş vermiş olayları siyasi, hüquqi və iqtisadi aspektlərdən də analiz ediblər. Kitab Türkiyə türkcəsində oxuculara təqdim olunub. Gülər Rəsul www.zaman.az

6.Türkçe Olimpiyatları Azerbaycan Finali Videoları

6.Türkçe olimpiyatları Azerbaycan seçmelerinin finali 16 Şubat 2008 tarihinde Bakü'de yapıldı. Bu programın videolarını aşağıdaki linklerden seyredebilirsiniz: Türkiye'deki Olimpiyatlara şarkı dalında katılmaya hak kazanan eser: Hadice Alizade>>>>>>>>>>>>>>>>>>>>>>> 6.Türkçe olimpiyatları Azerbaycan finali sunucu Reha Yeprem'in okuduğu şiir.>>>>>>>>>>>>>>>>>>>> 6.Türkçe olimpiyatları Azerbaycan finalinde Uğur Işılak'a ait bir parça okuyan yarışmacı>>>>>>>>>>>>>>>>>>>> 6. Türkçe olimpiyatları Azerbaycan finalinde şiir dalında yarışan eserler.Birici sıradaki "şehit" şiiri Türkiyede yapılacak olimpiyatlara katılmaya hak kazandı>>>>>>>>>>>>>>>>>>>>

6-cı Beynəlxalq Türkcə Olimpiadalarının Azərbaycanda keçirilən seçmə-final mərhələlərində kövrək və səmimi anlar yaşanıb.

Resim
Türkcə dünya dilləri sırasına qoşulur 6-cı Beynəlxalq Türkcə Olimpiadalarının Azərbaycan və Ukraynada keçirilən seçmə-final mərhələlərində kövrək və səmimi anlar yaşanıb. Orta məktəb şagirdlərinin söylədikləri şeir və mahnılar mərasim iştirakçılarının gözlərini yaşardıb. Azərbaycanın təhsil naziri Misir Mərdanov türk dilinin beynəlxalq dilə çevrilmək yolunda olduğunu, Türkiyənin XİN başçısı Əli Babacan isə: “Bir ölkənin dilini öyrənmək əslində o ölkənin mədəniyyətini, tarixini öyrənməkdir”, - deyiblər. 6-cı Beynəlxalq Türkcə Olimpiadalarının Azərbaycan və Ukraynada keçirilən seçmə-final mərhələlərində kövrək və səmimi anlar yaşanıb. Orta məktəb şagirdlərinin söylədikləri şeir və mahnılar mərasim iştirakçılarının gözlərini yaşardıb. Azərbaycanın təhsil naziri Misir Mərdanov türk dilinin beynəlxalq dilə çevrilmək yolunda olduğunu, Türkiyənin XİN başçısı Əli Babacan isə: “Bir ölkənin dilini öyrənmək əslində o ölkənin mədəniyyətini, tarixini öyrənməkdir”, - deyib.Ötən şənbə Musiqili Kome...

Prof. Dr. Mehmet Sağlam “Türkiyədə ali təhsil” mövzusunda seminar verdi

Resim
VI Beynəlxalq Türk Dili Olimpiadalarının Azərbaycan üzrə Seçmə Mərhələsi münasibətilə Bakıda olan Türkiyə Cümhuriyyəti Millət vəkili, sabiq YÖK Başqanı, Milli Təhsil, Mədəniyyət, Gənclər və İdman Komissiyası Başqanı Prof. Dr. Mehmet SAĞLAM Qafqaz Universitetinde “Türkiyədə ali təhsil” mövzusunda seminar vermişdir.

Yenilikçi təhsil ocağı:Çinar Jurnalı

Resim
Azərbaycan pedaqoji ictimaiyyətinə yenilikçi təhsil ocağı kimi tanınmış "Çağ" Öyrətim İşlətmələri Şirkətinin yeni mətbu orqanı olan "Çinar" jurnalının nəşrə başlaması mühüm pedaqoji, həmçinin elmi hadisədir. Məktəb pedaqoqikası və psixologiyasının aktual problemlərinin həllinə yardım etməyi qarşısına məqsəd qoymuş kollektivi çoxsaylı təhsil işçiləri adından və öz adımdan səmimi qəlbdən təbrik edirəm. Vəzifələrimiz aydındır. Bu vəzifələri Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyev müəyyənləşdirmişdir və onun layiqli davamçısı möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilməkdədir. Biz isə bu müqəddəs ideyaların, tapşırıqların və tövsiyələrin gerçəkləşməsində ləyaqətlə çalışmalı, yeni Azərbaycana layiq yeni insanlar yetişdirməliyik. Yeni insan isə müasir elmi biliklərə yiyələnmiş, bu biliklər əsasında bacarıq və vərdişlər qazanmış, bilik, bacarıq və vərdişlərini mənsub olduğu xalqın mənafeyi, insanl...