YENİ FİKİR MÜSABİQƏSİ
Necə
müraciət etmək olar? Siz, 15 fevral – 25 mart tarixləri arası Qafqaz Universiteti Texnopark onlayn ərizə
sistemində qeydiyyatdan keçməlisiniz
Kimlər
müsabiqədə iştirak edə bilər? 30 yaşına qədər
tələbə və məzunlar
Qısa
təsvir: Bu müsabiqənin məqsədi texnologiya sahəsində
innovativ fikirlərin ortaya çıxarılmasına töhfə verməkdir. Bu sahələr isə:
başlanğıc (start up) ideyası, mobil proqramlar, internet, proqram təminatı,
oyunlar, xidməti proqramlar (software as a service), korporativ proqram
təminatı, yeni biznes modeli, xidmətlər, robot texnikası, informasiya
texnologiyalari və istehlakçi elektronikasi, səhiyyə (sağlamlıq) üçün
informasiya texnologiyaları və s.
Layihələrin
dəyərləndirmə mərhələləri
1-ci
mərhələ: Onlayn ərizə sistemində qeydiyyatdan
keçmə. Onlayn ərizə (müraciət) 15 fevral – 25 mart 2013
2-ci
mərhələ: Münsiflər heyətinin qarşısında təqdimat:
15-20 aprel 2013
3-cü
mərhələ: Büdcənin və Biznes planın hazırlanması.
Təlim : 25,26,27 aprel 2013
Biznes-planın son təslim tarixi -
12 may 2013 Qaliblərin elanı - 20 may
Niyə iştirak edək?(faydaları/mükafatlar)
- Münsiflər heyəti tərəfindən qəbul edilən 5 innovativ ideyanın sahibi olan qrupa QU Texnoparkının İnkubasiya Mərkəzində 1 il fəaliyyət göstərmək imkanı.
- İlk 3 yeri tutan qrup üzvlərinə Türkiyə Respublikası ODTÜ Texnoparkında 1 aylıq təcrübə imkanı.
- İrəli sürülən ideya üçün sərmayəçi investor tapa bilmək şansı.
- Təyin olunmuş biznes rəhbəri alma fürsəti.
- Media (KİV) vasitəsi ilə diqqətləri cəlb etmək imkanı.
Lahiyələr
aşağıdakı meyarlara görə qiymətləndiriləcəkdir:
- İnnovasiya və teknoloji yenilik: Fikrin, ideyanın texnoloji-innovativ xüsusiyyətləri, faydaları və texnoloji baxımdan yeni və üstün cəhətləri.
- Strategiya, bazar və rəqabət: Məhsul və xidmətin alıcıları, alma səbəbləri, hədəf bazarın xüsusiyyətləri, böyüklüyü və inkişaf potensialı, rəqibləri, qiymətləndirmə siyasəti.
- Layihənin büdcəsi: Layihəni həyata keçirmək üçün lazım olan maliyyə vəsaiti miqdarı və maliyyə mənbələri (varsa).
- İdarəetmə: Qrupun bacarıq və təcrübələri, hər bir üzvün layihə içərisindəki rolu, layihə ilə əlaqəli hər cür əməkdaş çatışmazlıqları və bunların necə aradan qaldırılacağı.
- Təqdimatın keyfiyyəti: Müsabiqə finala irəlilədikcə münsiflər daha çox təqdimatın keyfiyyətinə diqqət yetirəcəklər: aydın və yığcam – həm yazılı, həm şifahi təqdimatda.
Əqli
Mülkiyyət bəyanatı: Bütün fikir və ideyalar
müəllifin mülkiyyəti kimi qorunur.
Yeni
fikir müsabiqəsinin təşkilatçıları:
QUTECHNOPARK (Qafqaz Universiteti Texnoparkı)
İKTETM (İnformasiya Kommunikasiya Texnologiyaları Elmi Tədqiqat Mərkəzi)
Sahibkarlığın İnkişafi və Tədqiqatları Mərkəzi
Azərbaycan İEEE Kompyuter şöbəsi