“Ana dilimizi sevək, sevdirək” mövzusunda respublika müsabiqəsi keçirilmişdir
Bakı, 18 fevral (AzərTAc). Fevralın 18-də Azərbaycan Dövlət Akademik
Milli Dram Teatrında məktəblilər arasında “Dilimiz varlığımızdır” devizi
altında onuncu “Ana dilimizi sevək, sevdirək” mövzusunda respublika
müsabiqəsinin yekun mərhələsi keçirilmişdir.
AzərTAc xəbər verir ki, 21 fevral - Beynəlxalq Ana Dili Gününə həsr edilən müsabiqə “Çağ” Öyrətim İşlətmələri Şirkətinin (ÇÖİŞ) Azərbaycan-Türkiyə özəl liseyləri tərəfindən, Təhsil Nazirliyinin təşkilatçılığı ilə reallaşdırılmışdır.
Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir.
Açılış mərasimində çıxış edən ÇÖİŞ Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Məsud Kurnaz ulu öndər Heydər Əliyevin ana dilimizin qorunmasında və inkişafındakı əvəzsiz xidmətlərini vurğulamış, müdrik rəhbərin siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə davam etdirildiyini bildirmişdir.
M. Kurnaz ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ana dilimizlə bağlı imzaladıqları sənədlərin əhəmiyyətindən danışmışdır.
Müsabiqənin ana dilimizə sonsuz sevgi və məhəbbət hissləri ilə keçirildiyini qeyd edən M. Kurnaz bildirmişdir ki, üç mərhələ (məktəbdaxili, rayon (şəhər), respublika), qrammatika, yazı, şeir, musiqi, internet saytı kateqoriyaları üzrə təşkil olunan bu yarışmanın artıq birinci və ikinci mərhələləri keçirilmişdir.
Müsabiqənin birinci mərhələsində 1115 məktəbdən 38 min 428 şagird, ikinci mərhələsində 135 şagird iştirak etmişdir.
Üçüncü mərhələyə mahnı kateqoriyası üzrə 6, şeir kateqoriyası üzrə 5, qrammatika kateqoriyası üzrə 10, internet saytı hazırlamaq kateqoriyası üzrə 10 nəfər şagird vəsiqə almışdır.
Sonra müsabiqənin yekun mərhələsi keçirilmiş, qaliblər müvafiq münsiflər heyəti tərəfindən müəyyənləşdirilmişdir.

|