Türkiyə səfirliyində Evliya Çələbinin Səyahətnaməsində Azərbaycan kitabının təqdimatı keçirilib

Bu gün Türkiyə Səfirliyində Evliya Çələbinin Səyahətnaməsində Azərbaycan kitabının təqdimat mərasimi keçirilib.
Gün.Az xəbər verir ki, kitabda görkəmli səyyah Evliya Çələbinin Azərbaycana olan səfərləri (1646-1666) əhatə olunub.

Kitabda XVII əsr Azərbaycanın tarixi, coğrafiyası, ölkədəki siyasi durum, əhalisi, onun məşğuliyyəti, məişəti barədə qiymətli bilgilər toplanıb.

Təqdimat mərasimində iştirak edən Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun bildirib ki,  Evliya Celebi xatirələrinin işığında Orta əsr Azərbaycan xalqlarının tam arealı və onların regional siyasətə təsirini bərpa etmək mümkündür:

“İnanırıq ki, Azərbaycan haqqında geniş və zəngin məlumatlar verən Evliya Çələbinin Səyahətnaməsində Azərbaycan tarixı coğrafiyaşünasların bir çox cəhətdən diqqətini cəlb edən mənbələrdən olacaq.

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Yaqub Mahmudov bu əsərin Azərbaycan dilində təqdim olunmasını böyük hadisə adlandırıb:

“Evliya Çələbinin Səyahətnaməsində Azərbaycan tarixi olduğu kimi təqdim edilib. Bu əsərin Azərbaycan üçün böyük dəyəri var və çox qiymətlidir”.

Qeyd edək ki, Qafqaz Universiteti Elmi Şurasının qərarı və Türkiyə Cümhuriyyəti Başkanlık Tanıtma Fonu dəstəyi ilə nəşr olunan kitabı nəşrə filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Mehmet Rıhtım hazırlayıb.

Mirvari Kamilqızı
Gün.Az

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF