Qafqaz Universiteti texnoparkının təşkilatçılığı ilə reallaşdırılan təşəbbüskarlıq seminarları başa çatmışdır
Bakı, 4 fevral (AzərTAc). Qafqaz Universiteti texnoparkının
təşkilatçılığı ilə bu il yanvarın 30-da başlanmış təşəbbüskarlıq
seminarları uğurla başa çatmışdır.
Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, seminarların müdavimlərinə sertifikatlar verilmişdir.
Universitetin texnoparkının ilk müdavimləri tədris işçiləri ilə yanaşı, dövlət sektorunda fəaliyyət göstərən gənclər, eləcə də özəl sektorda çalışan sahibkarlardan ibarət fərqli sahələrin nümayəndələri olmuşlar.
Seminarlar Türkiyənin Orta Doğu Texniki Universiteti texnoparkının vitse-prezidenti, məşhur təlimçi Ufuk Batum tərəfindən keçirilmişdir.
http://www.azertag.com/node/1051871