Qafqaz Universitetində təşəbbüskarlıq seminarları başa çatdı
Qafqaz Universiteti Texnopark- ının təşkilatçılığı ilə həyata
keçirilən “Təşəbbüskarlıq” semi narları başa çatıb. 30 yanvar – 03 fevral
2013-cü il tarixlərində keçirilən seminarlar istər sahibkarlar,
istərsə də akademik heyət tərəfindən yüksək maraqla qarşılanıb.
Orta Doğu Texniki Universiteti (ODTU) Texnoparkının vitse-prezidenti Dr. Ufuk Batum tərəfindən verilən seminar-təlimlərin gündəliyi aşağıdakı kimi davam etdirildi:
1-ci gün:Buzları qırmaq: Oyun/beyin fırtınası, profillər və “təşəbbüskar”ın izahı, qərar vermə prosesləri
2-ci gün:Qlobal dinamikanın nəzərə alınması (bu bölmədə iş dünyasına təsir edən, rəqabət amilini nəzərə alan, dünya bazarını müzakirə edən 14 mühüm prosesin açıqlanması və izahı
3-cü gün:Qrupların formalaşması və qrup fəaliyyətlərinin başlanması, iş fikirlərinin formalaşdırılması, innovativ düşüncə sistemlərinin istifadə edilməsi, iş modelləşdirilməsinə giriş
4-cü gün:İş modellərinin tətbiq
olunması, müştərilərin seçilməsi və ya müəyyənləşdirilməsi, bazar
seqmentlərinin müəyyənləşdirilməsi, dəyər mexanizmi, dağıtım kanalları,
müştəri əlaqələri, gəlir modeli, təməl fəaliyyətlər, təməl qaynaqlar, iş
ortaqlıqları, büdcə quruluşu.
Sunum üsulları, sərmayeçi əlaqələri, hər bir qrupun sunumları, tamamlama yorumları, sual-cavab.
Qafqaz
Universiteti Texnoparkının İnkubasiya Mərkəzində keçirilən
seminar-təlimlərin iştirakçılarının müxtəlif sahələrdə fəaliyyət
göstrərən sahibkar və elmi-tədqiqatçılardan ibarət olması yeni və
maraqlı fikirlərin formalaşmasına zəmin verdi. Yüksək inteqrasiya
şəraitində keçən seminar-təlimlər iştirakçılar arasında yenilikçi
fikirləri formalaşdıran diskusiyalarla müşahidə olunub.
Seminar-təlimlərin iştirakçıları sertifikatlarla təltif olunublar.
S.QARAYEVA
http://www.525.az/site/?name=xeber&news_id=5350