Qafqaz Universitetində Sumqayıt məktəblərinin fənn olimpiada qaliblərinin mükafatlandırma mərasimi olmuşdur
Bakı, 12 fevral (AzərTAc). Qafqaz Universitetində Sumqayıt şəhərindən
ümumrespublika fənn olimpiadalarında iştirak etmək üçün seçilmiş
məktəblilərlə görüş keçirilmişdir.
Qafqaz Universitetinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycanın dövlət himni səsləndirilmiş, bu ali təhsil ocağının fəaliyyətini əks etdirən film nümayiş etdirilmişdir.
Universitetin rektoru, professor Əhməd Saniç bildirmişdir ki, rəhbərlik etdiyi ali təhsil müəssisəsi Azərbaycan universitetləri arasında özünəməxsus yer tutur. Burada tələbələrə dünya standartlarına uyğun təhsil verilir. Məhz bu səbəbdən ən yüksək bal toplayan tələbələr öz seçimlərini Qafqaz Universiteti üzərində saxlayırlar.
Artıq Sumqayıt məktəbliləri ilə təşkil olunmuş onuncu görüşün keçirildiyini qeyd edən Əhməd Saniç bu məktəblilər arasında dünya səviyyəsində mükafatlara layiq görülənlərin olacağına inandığını vurğulamışdır.
Şəhər təhsil şöbəsinin müdiri Mahal Əliyev bildirmişdir ki, Sumqayıtda keçirilən sonuncu fənn olimpiadasında 15 mindən artıq məktəbli iştirak etmişdir. Ötən il bu şəhərdən ümumrespublika fənn olimpiadalarında iştirak etmək üçün seçilmiş 29 şagirddən 18-i yüksək nailiyyətlər qazanaraq müxtəlif dərəcələrdə qalib adlarını qazanmışlar.
M.Əliyev, eyni zamanda, diqqətə çatdırmışdır ki, cari ildə həmin olimpiadalarda Sumqayıtı 31 şagird təmsil edəcəkdir. İnanıram ki, hər il olduğu kimi, bu il də Sumqayıt məktəbliləri təhsillərini indiyədək 6 beynəlxalq layihədə uğurla iştirak etmiş Qafqaz Universitetində davam etdirməyə üstünlük verəcəklər.
Tədbirin sonunda ilk üç yeri qazanmış tələbələrə müxtəlif mükafatlar və hədiyyələr təqdim olunmuşdur.
http://new.azertag.com/node/1055401