Qafqaz Universitetinə yeni birbaşa marşrut xətti açıldı

Tələbə və müəllimlərin çox vaxt itirmədən universitetə rahat gəliş-gedişinin təmin olunması məqsədi ilə Qafqaz Universiteti rəhbərliyinin Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi ilə keçirdiyi görüşlərin nəticəsində nazirliyin aldığı qərara əsasən bu gündən (15 fevral 2013-cü il) etibarən 20 yanvar metrosu - Qafqaz Universiteti marşrutu ilə 138 №-li avtobus fəaliyyətə başlayamışdır. Avtobus 20 Yanvar metrosundan Xırdalan istiqamətə gələn avtobusların dayanacağından start götürərək Bakı-Sumqayıt şossesi ilə Xırdalan şəhərinə daxil olmadan birbaşa Qafqaz Universitetinə gəlir. Yeni marşrut xəttinin açılması universitet kollektivi ilə yanaşı Bakı-Sumqayıt şossesinə yaxın ərazidə yaşayan əhalinin də sevincinə səbəb olmuşdur. Belə ki, Gənclər Şəhərciyində, Ər-Riyad ticarət mərkəzinin yaxınlığında, Masazır qəsəbəsinin Bakı-Sumqayıt yoluna yaxın ərazilərində yaşayan əhali də 138 Saylı marşrut avtobusunun xidmətindən istifadə etməyə başlamışlar.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF