Tələbələrin “Palfood” MMC-nin Lənkaranda yerləşən fabrikinə gəzintisi təşkil olundu
Qafqaz Universiteti Karyera Planlama Mərkəzinin təşkilatçılığı
ilə Qafqaz universitetinin Maliyyə bölməsinin tələbələrinə istiqamətli
“Palfood” MMC-nin Lənkaranda yerləşən fabrikinə texniki gəzinti təşkil
edilmişdir. Fabrikə daxil olan andan etibarən heyətimiz fabrik
rəhbərliyi tərəfindən yüksək səviyyədə qarşılanmışdır. İlk öncə şirkət
haqqında və istehsal olunan məhsullar haqqında ümumi təqdimat
xarakterli görüş keçirilmişdir. Daha sonra Maliyyə şöbəsindən Sərxan bəy
tərəfindən tələbələrə məhsulun maya dəyərinin hesablanlaması haqqında
maliyyə xarakterli məlumatlar verilmiş və tələbələrin sualları
cavablandılırmışdır. Daha sonra İstehsalat müdiri Ali bəy tərəfindən
fabrikin istehsalat prosesi əyani olaraq tələbələrə başa salındı.
Texniki gəzinti zamanı tələbələr dondurma, süd, pendir və s. məhsulların
istahsal prosesinin və məhsulların yoxlandığı laboratoriyanın işləmə
prosesinin şahidi oldular. Bu məlumatlarla yanaşı tələbələr tərəfindən
istehsalla bağlı hər bir istənilən sual da şirkət nümayəndləri
tərəfindən cavablandırılmışdır. Bundan əlavə şirkət tərəfindən
heyətimizə nahar və çay süfrəsi təşkil olunmuş və tələbələrə şirkət
tərəfindən hədiyyə paketləri təqdim edilmişdir. Şirkət rəhbərliyi belə
gəzintilərin təşkil olunması ilə şirkətlə universitet arasında mövcud
əlaqələrin daha da möhkəmlənəcəyini vurğuladılar.
Qeyd edək ki, Palmali Şirkətlər Qrupuna tərkibində 48 müxtəlif
müəssisə və cəmiyyət fəaliyyət göstərir. Qrup tabeliyində “Palsüd”lə
sənaye sahəsində təmsil olunmağa başlayıb. İlk olaraq 2005-ci ildə
“Nursüd” süd və süd məhsulları zavodu təsis edilib. 2008-ci ilin
əvvəlindən etibarən “Palsüd” ticarət nişanı adı altında geniş çeşiddə
süd məhsullarının istehsalına başlanılıb. “Palsüd” nişanı ilə süd,
yoğurt, qatıq, xama, kərə yağı, pendir, süzmə və s. hazırlanır.