Azərbaycanlı Smartplane layihəsi Kickstarterdə
Azərbaycanın
İT və Yüksək Texnologiyaları ilə maraqlanan bir çox şəxs Tami və Maksim
Piriyev qardaşlarının üzərində çalışdığı Bayquş dronu haqqında
eşitməmiş olmazlar. Layihə bir neçə dəfə Bakutel sərgisi çərçivəsində
təqdim edilməklə yanaşı, Qafqaz Universiteti tərəfindən keçirilən Yeni
Fikir 2014 müsabiqəsinin qaliblərindən biri olmuşdur. Lakin, bununla
belə yerli investor və qurumlardan lazımi dəstəyi ala bilməyən iş
adamları üzünü kraufandınq platforması olan Kickstarter-ə
tutaraq, öz lahiyələrinə maliyyə dəstəyi əldə etmək istəyirlər.
Ümumilikdə 151,604.24 ABŞ dollarına bərabər məbləği toplamaq istəyən
layihənin tam məliyyə dəstəyi əldə etmək üçün 58 gün vaxtları var.
Smartplane adı
ilə kickstarterə çıxarılan layihə, təyyarə formasında drondur.
Təyyarənin şəxsi onlayn tətbiq mağazası da mövcutdur, və siz
ideyalarınızın reallaşdırılması üçün tətbiqlər kodlaşdırıb, sata da
bilərsiniz.
İstehsalçılar
söz verirlər ki, təyyarə yüklənmədən 80 dəqiqə ərzində havada qala
bilir. Onlar bildirirlər ki, əsas məqsəd, maraqlı ideyaların
reallaşdırılması üçün sərfəli, istifadə üçün rahat və özəlləşdirilə
biləcək bir təyyarə yaratmaqdır.
Layihə haqqında daha ətraflı burada öyrənə bilərsiniz.