Qafqaz Universiteti informatika üzrə olimpiadada yenə birinci oldu
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər
Əliyev Fondu, Təhsil Nazirliyi və AMEA-nın İnformasiya Texnologiyaları
İnstitutunun birgə təşkilatçılığı ilə 17 May - Dünya Telekommunikasiya
və İnformasiya Cəmiyyəti Gününə həsr olunan “Ali məktəb tələbələri
arasında informatika üzrə X Ümumrespublika Olimpiadası”nın final
mərhələsi keçirilib.
Qeyd edək ki, olimpiadanın 5 aprel 2015-ci il tarixində Qafqaz
Universitetində keçirilmiş ilk mərhələsində Respublikanın 16 ali təhsil
müəssisəsindən 55 komanda (hər komandada 3 nəfər) iştirak etmişdir. Bu
ildən tətbiq olunan yeni
qaydalara əsasən birinci mərhələdə iştirak edən ali təhsil
müəssələrinin ən yüksək nəticə göstərən bir komandası (12 ali təhsil
müəssisəsindən - Qafqaz Universiteti, M. V. Lomonosov adına MDU-nun
Bakı filialı, ADA Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı
Dövlət Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Memarlıq və
İnşaat Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Bakı Ali Neft
Məktəbi, Azərbaycan Universiteti, Naxçıvan Dövlət Universiteti, Dövlət
İdarəçilik Akademiyasından 12 komanda) olimpiadanın final mərhələsinə
vəsiqə qazanıb.
Müsabiqə zamanı komandalara 9 məsələnin həlli alqoritminin proqramını tərtib etmək tapşırığı verilib.
Qafqaz Universitetindən Teleqraf.com-a
verilən məlumata görə, Qafqaz Universitetinin Qafqaz Programmers
komandası “Ali məktəb tələbələri arasında informatika üzrə X
Ümumrespublika Olimpiadası”nın birincisi olub. Məlumatda o da bilridrlib
ki, Qafqaz Programmers komandası ardıcıl olaraq 5 il bu müsabiqənin
birincisi olub.
SEVİL
http://www.teleqraf.com/news/54009#