Qlobal yarışmada BethClip-ə səs verib, dəstək ola bilərsiniz.

Qafqaz Universiteti Texnoparkı tərəfindən təşkil olunan Yeni Fikir 2014 Müsabiqəsinin qalibi, MilliNet 2014-ün "Ən yaxşı mobil tətbiq" nominasiyası üzrə birinci yeri tutmuş BethClip layihəsi ABŞ-ın "Global Innovation through Science and Technology" (Elm və Texnologiya vasitəsilə Qlobal İnnovasiya) təşkilatı tərəfindən keçirilən Tech-I (Technology İdea) yarışmasında iştirak etmək üçün baş vurmuş və 10 may tarixində layihə yarım-finalistləri siyahısına seçilmişdir.
Finalda iştiraka seçilmək üçün bütün iştirakçılar üçün səs toplama kompaniyası keçirilir.
Qeyd edək ki, müsabiqə 74 ölkədən 792 müraciət qəbul etmişdir ki, son nəticədə 37 ölkədən cəmi 76 layihə yarım finala çıxmaq imkanı əldə etmişdir. Dünyanın müxtəlif ölkələrindən 110 elm, texnika, innovasiya və təşəbbüskarlıq üzrə regional mütəxəssislər layihələrin yoxlanılması prosesində iştirak etmişlər. Qiymətləndirmə zamanı layihə yaxud startapın əlverişliliyi, potensial təşkilati təsir, hədəf bazar, həll edəcəyi problemlər, cəmiyyətə mümkün faydaları, digər məhsullarla müqayisəsi kimi amillər nəzərə alınmışdır. Final mərhələsi iyul ayında Kenyanın Nayrobi şəhərində baş tutacaq. Ən çox səs toplamış layihə finala dəvət olunacaq və ABŞ Prezidenti Barak Obama ilə görüşmək şansı qazanacaq.
Dəstək üçün Tech-I yarışmasının vebsaytından və ya BethClip-ə səs vermək üçün birbaşa bu linkdən keçməklə https://goo.gl/T8ejYt səs vermək olar.
Təşkilatın rəsmi səhifəsindəki xəbərin linkini də diqqətinizə çatdırırıq: http://www.gistnetwork.org/tech-i/semifinalists

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF