"Məhsulun təsisatından yatırımcı təqdimatına gedən yol"

May ayının 12-də QUTechnopark tərəfindən təşkil edilən Təşəbbüskarlıq seminarları çərçivəsində növbəti görüş keçirildi. 
"Happy Farm" CEO və təsisçisi Anna Degterevanın təqdimatında baş tutan "Məhsulun təsisatından yatırımcı təqdimatına gedən yol" seminarında investora münasibət müxtəlif prizmalardan təhlil edildi. Bundan əlavə, bazarda rəqibin olmasının yaxud tapılmasının vacibliyi, layihəni təqdim edərkən mükəmməliyyətçi olmayıb riskləri gözə almağın önəmi, komanda yığarkən nəzərə alınmalı olan əsas məqamlar, məhsulun nəzərdə tutulduğu auditoriya kimi məsələlərə aydınlıq gətirildi. 
Görüş əsnasında iştirakçılar təşəbbüskarlıq fəaliyyətinin incəlikləri haqda maraqlı məlumatlar almaq imkanı əldə etmişlər.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF