“Qafqaz” 18-ci məzunlarını yola saldı FOTOLAR
|
||||||||||||
Qafqaz Universitetində “Qafqazdan dünyaya” adlı 18-ci məzuniyyət proqramı keçirilib.
|
||||||||||||
1993-cü
ildə müstəqil Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin
razılığı ilə fəaliyyətə başlayan Qafqaz Universiteti hər il olduğu kimi
bu il də məzunlarını böyük qürurla yola salıb. Təhsil aldıqları müddətdə
onlarla yaxın ünsiyyətdə olan universitet rektoru, professor Ahmet
Saniç məzunlara ürək sözlərini bildirib: “Ümummilli liderimiz Heydər
Əliyevin də dediyi kimi: “Təhsil bir millətin gələcəyidir”. XXI əsr elm,
texnologiya əsridir. Bu əsrdə siz gənclər görəndə Azərbycanın layiq
olduğu zirvəyə çatacağına insanın şübhəsi qalmır. Və düşünürəm ki,
gələcək Azərbaycan siz gənclərin, siz məzunların əlindədir. Sizə arzum
odur ki, bilik və bacarıqlarınızı, Möhtərəm Prezidentimiz İlham Əliyevin
rəhbərliyi ilə ölkəmizin inkişafına həsr edəsiniz. Yolunuz və bəxtiniz
açıq olsun”. Çıxışının sonunda rektor valideynlərin universitetə əmanət
etdikləri övladlarını onlara qürurla təqdim etdiyini də dilə gətirib.
Məzunlari təbrik üçün kürsüyə çıxan
Milli Məclisin deputatı Fazil Mustafa ürək sözlərini belə ifadə edib:
“Qafqaz Universiteti elə bi təhsil verir, tələbələrlə elə ünsiyyətə
girir ki, hesab edirəm ki, bu tələbələr və ya məzunlar universitetin
haqqını verməlidirlər. Mən düşünmürəm ki, “Qafqaz” mühitində təhsil
almış tələbələr bu haqqı unutsunılar”.
Təhsil Nazirliyinin nümayəndəsi
Sülhəddin Gözəlov Abşeron Rayon İcra Hakimiyyətinin başcısının müavini
Fuad Cəbrayılov və çıxış edən digər natiqlər də tələbələri təbrik edib
və onlara uğurlar arzulayıb.
Məzunlara təbrik sözləri ilə yanaşı,
onlara mükafatlar da təqdim olunub. Həmçinin təhsil aldıqları müddətdə
qazanılan uğurlar qiymətləndirilib, universitet, fakültə, bölüm
birinciləri müəyyən olunub. Mövcud olan ən yüksək balı toplayaraq
universitet birincisi olan Mühəndislik fakültəsi Sənayenin təşkili və
idarəolunması, (ingiliscə) bölümünün məzunu Hüseyn Abdulla da öz
hisslərini ifadə edərkən Qafqaz Universitetinə və onun müəllimlərinə
olan sevgisini də dilə gətirib: “5 il öncə bu universitetə qeydiyyatdan
keçmək üçün gələndə ən uğurlu məzunların adını “Məzun kötüyü”nün
üzərində görmüşdüm. O zaman özümə sual etmişdim, görəsən mənim də adım
bura yazıla bilərmi? Çox sevinirəm ki, bu arzum bugün gerçəyə çevrildi.
Bunun üçün dəyərli müəllimlərimə və Qafqaz ailəsinə borcluyam. Sizlərə
söz verirəm ki, dünyanın hansı nöqtəsndə olmağımdan asılı olmayaraq
Qafqaz adını uca tutacam və mənə olan etimadınızı doğruldacam”.
Qeyd edək ki, bu il Qafqaz Universitetindən 674 tələbə bakalavr pilləsindən, 286 tələbə isə magistr pilləsindən məzun olub.
|