Qafqaz Universitetində "Qanlı Yanvar" filmi nümayiş etdirilib.
Tədbirdə filmin rejissoru Vahid Mustafayev,
filmdə çəkilmiş aktyorlar da iştirak ediblər. Tamaşaçılar arasında
universitet tələbələri və pedaqoji heyət, Qafqaz Universitetinin rektoru
Ahmet Sanıç, Azərbaycan Universitetinin rektoru Fərid Əhmədov da olub.
Nümayişdən əvvəl şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib,
dövlət himni səsləndirilib.
"Qanlı Yanvar" haqqında məlumat veriləndən sonra filmə baxış olub. Film izləyicilərdə böyük təəssürat yaradıb.
"Qanlı Yanvar" haqqında məlumat veriləndən sonra filmə baxış olub. Film izləyicilərdə böyük təəssürat yaradıb.