"Qanlı Yanvar" Qafqaz Universitetində göstərilib (FOTO)


Bu gün Qafqaz Universitetində Vahid Mustafa Yevin rejissoru olduğu "Qanlı Yanvar" filmi nümayiş etdirilib.

ANS PRESS-in məlumatına görə, tədbirdə filmin rejissoru Vahid Mustafayev, filmdə çəkilmiş aktyorlar da iştirak ediblər. Tamaşaçılar arasında universitet tələbələri və pedaqoji heyət, Qafqaz Universitetinin rektoru Ahmet Sanıç, Azərbaycan Universitetinin rektoru Fərid Əhmədov da olub. Nümayişdən əvvəl şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib. 

"Qanlı Yanvar" haqqında məlumat veriləndən sonra filmə baxış olub. Gur alqışlarla qarşılanan film izləyicilərdə böyük təəssürat yaradıb.

Daha sonra səhnəyə Vahid Mustafayev dəvət olunub və Qafqaz Universitetinin rektoru Ahmet Sanıç ona və aktyorlara təşəkkürnamə təqdim edib. Filmin əhəmiyyətindən danışan Ahmet Sanıç qeyd edib ki, bu film bir çox qaranlıq məqamlara aydınlıq gətirib. "Mən bu hadisələr haqqında məlumatlı olduğumu düşünürdüm. Amma filmə baxandan sonra anladım ki, hələ çox şey araşdırılmalıdır. Biz tarixdə bu cür faciələrin təkrarlanmaması üçün bunları unutmamalıyıq", - deyə Qafqaz Universitetinin rektoru bildirib.

Rejissor tələbələrin suallarını cavablandırıb. "Bu filmi "Azərbaycanfilm" çəkməli idi. Amma avqust ayında bəlli oldu ki, bununla bağlı heç bir iş görülməyib. 20 yanvar hadisələrinin 25 illiyi yaxınlaşırdı. Buna görə də biz belə bir film çəkmək qərarına gəldik. Qısa müddət ərzində ssenari yazıldı və film 63 günə çəkildi", - deyə Vahid Mustafa Yev filmdə əməyi keçən hər kəsə, həmçinin tədbirdə iştirak edənlərə təşəkkürünü bildirib.


















http://anspress.com/index.php?a=2&lng=az&cid=35&nid=342998
 

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF