Azərbaycanda mühasibat uçotu tədrisi və problemləri

Qafqaz Universitetində forum keçirilibQafqaz Universitetində universitetin və İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyiyinin birgə təşkilatçılığı ilə, “Azərbaycanda mühasibat uçotu tədrisi və problemləri” mövzusunda Mühasibat uçotu forumu keçirilib. Forumda Azərbaycanda mühasibat uçotu fənninin tədrisini həyata keçirən universitetlər, tədris mərkəzləri və bu mövzuda maraqlı olan digər şirkətlər iştirak ediblər. 
Forumun əsas məqsədi mühasibat fənninin tədris olunması, bu sahədə qarşılaşılan problemlər və onların həlli yolları yolları müzakirə edilməsi idi. Forumun giriş sözü ilə Qafqaz Universitetinin rektoru professor Ahmet Saniç açaraq bu tədbirdən sonra mühasibat fənninin tədrisinin daha effektiv olacağına inandığını dilə gətirib: “Ümid edirəm ki, gələcəkdə bu sahədə qarşılaşılan problemlər belə müzakirələr zamanı yaranan təcrübələrin nəticəsi olaraq çox asanlıqla idarə ediləcəkdir. Qafqaz Universitetində artıq 3 ildir ki bu fənn tədris olunur və mütəxəssislərimiz də kifayət qədər xarici təcrübəyə sahibdirlər. Ancaq hər zaman hədəfi daha yüksək tutaraq daha böyük nailiyyətlərə sahib olmaq mümkündür.” Rektor çıxışının sonunda, universitetlərdə olan digər ixtisasları da belə səmərəli tədbirlərin keçirilməsinə səsləyib. 
Daha sonra tədbirdə “Mühasibat uçotu və audit ixtisası üzrə təhsil proqramı” adlı məruzəylə çıxış edən Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat Uçotu kafedrasının müdiri prof. Sifariz Səbzəliyev universitetlərdə mühasibat uçotunun tədrisi zamanı qarşılaşılan problemlərdən geniş söhbət açaraq ölkədə təhsilin bakalavr və daha yüksək pillələrində mühasibat uçotu programlarının təkmilləşdirilməsinə daha ciddi ehtiyac olduğu bildirib: “Azərbaycanda uçot məktəbi bir-iki ilə formalaşmayıb. Bu məktəbin formalaşmasının tarixi 1914-1915-ci illərə dayanır. Və bu sahə üzrə fəaliyyət göstərən mütəxəssislər demək olar ki, xarici ölkə vətəndaşları idi. Zamanla bu sahə üzrə azərbaycanlı mütəxəssislərin sayı artmağa başladı. Ancaq uçot elmini inkişaf etdirməyə ehtiyac var. Buna görə də bu elmin tədris sahəsini genişləndirmək lazımdır.” 
Digər məruzə isə Qafqaz Universitetinin Mühasibat Uçotu və Audit kafedrasının müdiri dos. Firudin Sultanov Beynəlxalq səviyyədə qəbul edilən mühasibat uçotu tədrisi mövzusunda olub. Çıxış edən Firudin Sultanov Beynəlxalq muhasibat uçotu standartlarından geniş söhbət açaraq universitetlərdə Beynəlxalq Muhasibat Uçotu Standartlarınının tədrisinin vacibliyini vurğulayıb. O qeyd edib ki, Azərbaycan mühasiblərinin və şirkətlərinin dünya ölkərinə inteqrasiya edilməsinin başlıca səbəblərindən biri də, beynəlxalq səviyyədə qəbul edilən mühasibat uçotu tədrisini həyata keçirməkdir.
Daha sonra Barattson şirkətinin baş direktoru Elşən Rəhimovun universitetdən kənar tədris mərkəzlərinə olan ehtiyac adlı məruzəsi iştirakçıların marağına səbəb olub. Çıxışı zamanı dünya təcrübəsindən geniş söhbət açan mütəxəssis, belə təcrübənin pozitiv təsirlərindən danışaraq universitetlərdə verilən təhlisin iş dünyasının tələblərinə tam cavab verməməsini, bunun nəticəsində də üniversitetlərdən kənar tədris mərkəzlərinə olan ehtiyacın ortaya çıxdığını söyləyib. Təhsil müəsissələrinin mühasibat uçotu tədrisinin iş dünyasındakı mühasib tələblərinə cavab verməsi üçün mütamadi əməkdaşlığa ehtiyac olduğu bildirib.
Tədris vəsaitlərinin vəziyyəti haqqında məruzə ilə çıxış edən İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin direktor müavini Radil Fətullayev isə ölkədə tədris olunan muhasibat uçotu fənni ilə əlaqədar tədris vəsaitininin çatışmazlığını və bu yolda uğurlu addımların vacibliyini vurğulayıb.
İş dünyası mühasibat uçotu təhsilindən nə gözləyir? Məruzəsi ilə çıxış edən Deloitte firmasının Audit üzrə baş meneceri Nərgiz Mustafayevanın nitqi iştirakçılar tərəfindən maraqla qarşılanıb. 
Sonda forum iştirakçılarının, gələcəkdə bu kimi forumların daha səmərəli keçirilməsi üçün öz təkliflərini verərək, Azərbaycanda mühasibat uçotu sisteminə dəyərli töhfələr verəcəyini bildiriblər.
İlkin
http://palitranews.az/news.php?id=38073

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF