Xalq Yazıçısı Bakı Özəl Türk Liseyində

 Mayın 25-də Azərbaycan Respublikası Baş Nazirinin Müavini, Xalq Yazıçısı, Əməkdar İncəsənət Xadimi, prof. Elçin Əfəndiyev Bakı Özəl Türk Liseyinin qonağı olub. Qonağı “Çağ” Öyrətim İşlətmələri İdarə Heyətinin Sədri Dr. Enver Özeren, Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz, Bakı Özəl Türk Liseyinin müdiri Hayrettin Ünver  və şagirdlər böyük sevinc və təntənə ilə qarşılayıblar. Xalq Yazıçısı Elçin Əfəndiyev əvvəlcə, liseyin tədris şəraiti, sinif otaqları, laboratoriyaları, kitabxanası, müasir texniki avadanlıqlarla təchizatı və şagirdlərin sosial şəraiti ilə yaxından tanış olub. Dr. Enver Özeren qonağa “Çağ” Öyrətim İşlətmələrinin tədris müəssisələrinin Azərbaycan-Türkiyə Özəl Liseyləri şagirdlərinin Respublika və Beynəlxalq Fənn Olimpiadalarında ən yüksək yerlərə layiq görülərək Azərbaycan bayrağını ləyaqətlə dalğalandırmalarından məzunlarının dünyanın bir çox ali təhsil müəssisələrində təhsillərini uğurla davam etdirmələrindən, əldə olunan nailiyyətlərin daha da yüksəlməsi üçün lazımi şəraitin hazırlanmasından ətraflı məlumat verib, təhsildə uğurların bundan sonrada davam edəcəyinə əmin olduğunu bildirib.
Prof. Elçin Əfəndiyev burada şagirdlər üçün hazırlanmış şəraitdən razılığını bildirib. Qonaq liseyin müasir təhsil sisteminə uyğun olaraq fəaliyyət göstərdiyini deyərək, bunun təqdirə layiq olduğunu vurğulayıb.
Baş Nazirin müavini liseylə tanışlıqdan sonra şagirdlərlə görüş keçirib. Görüşdə liseyin müdiri H. Ünver çıxış edərək Azərbaycanın görkəmli yazıçısı prof. E. Əfəndiyev və onun əsərləri haqqında geniş məlumat verib. Onun qələmə aldığı əsərlərin Azərbaycan ədəbiyyatında özünə məxsus yeri olduğunu bildirib. Sonra Şagirdlər Xalq Yazıçısının pyeslərindən hazırladıqları kiçik səhnəciklər göstəriblər.
Lisey şagirdləri ilə bu görüşdən olduqca məmnun olduğunu bildirən E. Əfəndiyev heç zaman unuda bilmədiyi məktəb illərindən danışıb və həyatda özünün ən yaxın dostu və ən çox sevdiyi kitablar olduğunu bildirib. Şagirdlərə də bu dostluğu tövsiyə edib. “Mənim kitablarımı oxuyanlar mənim ən yaxın dostlarımdır ” deyən, Elçin Əfəndiyev şagirdlərə “dostlarım ”deyə müraciət edib. Onlarlı düşündürən sualları cavablandırıb.
Şagirdlərin İlyas Əfəndiyevin ədəbi irsi və Elçin Əfəndiyevin əsərləri ətrafında verdikləri suallara cavab verən qonaq bu görüşün çox faydalı olduğunu qeyd edərək belə görüşlərin faydasını nəzərə çatdırıb, bundan sonra onlarla daha tez-tez görüşəcəyi sözünü verib.
Görüşdə “Çağ” Öyrətim İşlətmələri İdarə Heyətinin Sədri Dr. Enver Özeren Azərbaycan Respublikası Baş Nazirinin müavini, Respublikanın Xalq Yazıçısı və Əməkdar İncəsənət Xadimi, prof. Elçin Əfəndiyevə xatirə hədiyyəsi təqdim edib.
 
 
 
 
 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF