“Azercell” Qafqaz Universitetində “4G” avadanlığı olan laboratoriya qurub


Qafqaz Universitetində dünyanın ən son mobil texnologiyası – “4G” (LTE) avadanlığı ilə təmin edilmiş laboratoriyanın təqdimatı baş tutub.
Gün.Az-ın verdiyi xəbərə görə, “Azercell Telekom” MMC tərəfindən yaradılan bu laboratoriya Qafqaz Universiteti ilə müzakirələr, məsləhətləşmələr və tələbələrin istək və təklifləri nəticəsində formalaşdırılıb.

“Azercell”in Qafqaz Universitetinə xüsusi hədiyyəsi olan bu laboratoriya mobil rabitədə son üç nəsil  texnologiya - 2G (GSM), 3G ( WCDMA/UMTS) və 4G (LTE) radio-baza stansiyaları qurulub. Bu avadanlıq “Ericsson” şirkəti tərəfindən təchiz olunan sınaq sistemidir.

Laboratoriyanın açılışında iştirak edən “Azercell”in prezidenti Ali Ağan əməkdaşlığa görə Qafqaz Universitetinin rəhbərliyi və əməkdaşlarına minnətdarlığını bildirib. O qeyd edib ki, dördüncü nəsil texnologiya sayılan LTE çox yüksək sürətli mobil internet – saniyədə 100Mbit məlumat ötürülməsinə imkan verən şəbəkəyə çıxışı təmin edir.

Ali Ağanın sözlərinə görə, belə bir laboratoriyanın açılması Qafqaz Universitetinin tələbələri qarşısında böyük yaradıcılıq imkanları açır. Çünki texnologiyanın köməyi ilə bacarıqlı gənclər müxtəlif məzmun və yeni xidmətlər yarada biləcəklər.

Qeyd edək ki, universitet tələbələri “Azercell”in Tələbə Təqaüdü proqramında da iştirak edirlər. Həmçinin, onlara şirkətin mütəxəssisləri tərəfindən yeni nəsil texnologiyaları üzrə təlimlər keçirilir.

Rüfət Əhmədzadə
Gün.Az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF