- QAFQAZ UNİVERSİTETİNDE MİNİ FUTBOL TURNİRİNİN QALİBLƏRİ MÜKAFATLANDIRILDI.


Qafqaz Universitetində ümummilli liderimiz Heydər ƏLİYEVin anadan olmasının 88-ci il dönümünə həsr olunmuş idman yarışları çerçivəsində keçirilən minin futbol turnirinin qaliblerinin mükafatlandırma mərasimi keçirildi.

Universitetin Tempus zalında təşkil olunmuş tədbirdə inzibati və təsərrüfat işləri üzrə prorektoru Dr.Şahin Durmaz , Səhiyyə mədəniyyət və idman İdarəsinin Müdiri Musa Turmuş , İdman şöbəsinin müdir muavini İftixar Məhərrəmov və tələbələr iştirak ettilər.

May ayında 22 komandanın iştirakıyla keçirilən turnirdə Çempion adına iqtisadiyyat fakultəsi tələbələrinin daha çox yer aldığı QARABAĞ komandası layiq görüldü. 2-ci yeri isə Türk dili ədəbiyyatı komandası çıxdı.Turnirin bombardiri 16 qol vuran Qarabağ komandasının kapitanı Bəhruz İsmayılov , Fair-Play laminasiyasının sahibi isə Türk dili ədəbiyyatı komandasının kapitanı E.Fatih Sökmen oldu...Onu da qeyd edek ki, bombardir olmuş Bəhruz İsmayılov AFFA və Pəşəkar Futbol Liqasının 2008-2009 pəşəkar 1.divizionda mübarizə aparan Qafqaz Universiteti komandasının həyetində mövsümdə vurduğu 15 qolla çempionatın ən sərrast futbolçusu olmuş idi.

Sonda çempion komanda olan Qarabağ komandası futbolçularına Kubok,mədal və hədiyyələri  universitetin inzibati və təsərrüfat işləri üzrə prorektoru Dr.Şahin Durmaz bəy, 2-ci yer tutmuş Türk dili ədəbiyyatı komandası və futbolçularına Səhiyyə mədəniyyət və idman İdarəsinin Müdiri Musa Turmuş bəy, turnirin bombardiri və fair-play oyunçusuna isə hədiyyələrini İdman şöbəsinin müdir muavini İftixar Məhərrəmov bəy təqdim ettilər.Tədbir tələbələrin xatirə şəkilləri çektirmələriylə sona çatdı.
Musa Turmuş 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF