Türkiyənin ölkəmzidəki səfiri Hulusi Kılıç Naxçıvanda olub

"Bu məktəblərdə yetişən gənclər iki ölkə arasındakı əlaqələrə artıq öz töhfələrini verməkdədirlər"
Türkiyənin ölkəmzidəki səfiri Hulusi Kılıç Naxçıvan Muxtar Respublikasını ziyarət edib. O, səfər çərçivəsində Türkiyənin Naxçıvandakı konsulluğunun, eləcə də bu bölgədə fəaliyyət göstərən türk iş adamları ilə də görüşüb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla görüşdən sonra konsulluğa gələn səfir burada türkiyəli iş adamları ilə görüşündə Naxçıvanın gündən-günə inkişaf etdiyini vurğulayıb. Daha sonra iş adamlarını dinləyən səfir iki ölkə arasında bütün sahələr üzrə əlaqələrin daha da genişləndirilməsinin vacibliyini qeyd edib. O, Azərbaycandakı türk liseylərinin fəaliyyətini yüksək dəyərləndirib və bildirib ki, bu məktəblərdə yetişən gənclər iki ölkə arasındakı əlaqələrə artıq öz töhfələrini verməkdədirlər. Səfir “Zaman Azərbaycan”ın Naxçıvandakı təmsilçiliyinin işindən də qürur duyduğunu söyləyib.
Mazlum Atik/ Naxçıvan
http://www.zaman.az/



Mazlum Atik/ Naxçıvan

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır